Sərdar Cəlaloğlu: “Müsavat parçalanacaq, Qubad bəy yeni partiya yarada bilər”
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlu: “Müsavat parçalanacaq, Qubad bəy yeni partiya yarada bilər”

“Müsavat parçalanacaq, Qubad İbadoğlu onu dəstəkləyən intellektual kəsimlə yeni partiya yarada bilər”.

Bu barədə Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.az-a açıqlamasında Müsavatda başqan seçkilərindən sonra yaranmış durumu şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Q. İbadoğlu nəticəyə etiraz etməsəydi belə, ciddi zərurət yaranmadan İsa Qəmbərin başqanlığı tərk etməsi partiyanın parçalanmağına gətirib çıxarmalı idi: “Bu ideya ortaya çıxandan bəri bu fikirləri deyirəm. Qurultaydan bir gün keçmiş Müsavatda ciddi fikir ayrılığı meydana çıxdı. Bu fikir ayrılığı inkişaf edəcəyi təqdirdə parçalanma qaçılmaz olacaq. Xüsusən də nəzərə almalıyıq ki, Müsavatda keyfiyyət üzrə iki yerə ayrılma var. Ziyalılar, Müsavatın dekorunu təşkil edən adamlar birmənalı şəkildə Qubad İbadoğlunu müdafiə edir, təşkilatçılar, funksionerlərsə Arif bəyi. Parçalanma üçün ciddi əlamətlərdən biri də odur ki, Arif bəy Qubad bəyi cəmi 25 səslə üstələyib. Bu da təşkilat üzərində Arif Hacılının tam nəzarətinə imkan verməyəcək. Qubad bəyin komandası baxımından, həqiqətən də Müsavat iki yer ayrılacaq”.

S. Cəlaloğlu hesab edir ki, bu parçalanma həm keyfiyyət, həm də rəqəmsal olaraq baş verəcək. ADP sədri Qubad İbadoğlunun yeni partiya yaratmasını istisna etməyib.

“Çünki Azərbaycanda partiyaların ideologiya əsasında formalaşdığını nə qədər desək də, bu belə deyil. Xüsusən hazırki şəraitdə liderlərin rolu müstəsnadır. İsa Qəmbər kifayət qədər təcrübəli siyasətçidir. Adətən insanlar 50 yaşdan sonra siyasətə gəlir, İsa Qəmbərsə 50 yaşından sonra başqanlıqdan gedir. Özünə də demişəm ki, bu yanlış addımdır. Formalizmlə, nizamnaməyə görə, bu cür addım Müsavatın ən böyük səhvi idi. Bu da daxili çat verməyə gətirib çıxardacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm