Nida.az
İŞİD Azərbaycandan əsgər toplamağa davam edir- Şok
İŞİD Azərbaycandan tərəfdar toplamağı davam edir.
Publika.az terror qruplaşmasına yazın saytlara istinadən xəbər
verir ki, təşkilat üzv toplanması üçün potensial məkanların adını
açıqlayıb.
Cihad əl Şam adı ilə yayılan məqalədə deyilir ki, ABŞ başda
olmaqla bütün dünya “İslam dövləti”nin üzərinə gəlsə belə, Allahı
sevənlər onlar tərəfdədir.
“Şeytanın özü olan Amerika düşünürsə ki, koalisiya yaratmaqla
“İslam dövləti”ni məhv edə biləcək, yanılır. Hər keçən gün “İslam
dövləti” böyüyür, genişlənir, Allahın izni ilə qüdrətlənir.
Qardaşlarımız artıq heç nəyi gözləmir və Allahın qanunlarının
bərqərar olduğu bu torpaqlara üz tutur. Özbəkistan, Qazaxıstan,
bütün Mərkəzi Asiyadan tutmuş Uzaq Çin sərhədlərinə qədər,
Avropanın özündən başlamış Qafqaza və Qafqazın gözü olan
Azərbaycana qədər qardaşlar “İslam dövləti”nə üz tutur”, -deyə
məqalədə bildirilir.
Müəllif İŞİD-ə son qoşulanların gəldikləri ölkələrin adını
açıqlayıb. Bunlar Özbəkistan və Azərbaycandır.
Sonda müəllif, “qardaşları Allah yolunda cihada dəvətimiz davam
edir” deyə bildirir.
Qeyd edək ki, bir müddət öncə İranın İRNA agentliyi də İŞİD-in
Azərbaycandan əsgər topladığı xəbərini yazmışdı. Agentliyin
məlumatına görə, Azərbaycan İŞİD-in siyahısında əsas yerlərdən
birini tutur.
“İŞİD-in aktivliyi onu göstərir ki, hətta təhlükədən uzaq olan
Yaxın Şərq ölkələri də artıq ciddi risklər alırlar. İŞİD-in özünə
üzv topladığı ölkələrdən biri də Azərbaycandır. Bunu ölkənin
daxilindəki müəyyən orqanlar da təsdiqləyir”, -deyə agentlik
bildirirdi.
Asif Nərimanlı
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO