Nida.az
Məmmədyarovun Minsk səfəri: Bakı hansı manevri edir?

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Belarusiyaya səfərinin oktyabrın 10-da Minskdə keçiriləcək Avrasiya İttifaqinin növbəti iclası ərəfəsində baş tutması diqqət çəkəndir. Hansı ki, oktyabrın 10-da Ermənistanı ittifaqa daxil olması qətiləşəcək.
Publika.az xəbər verir ki, Azərbaycan XİN rəhbərinin səfərini şərh
edən “Belarusiya Novosti” nəşri yazır ki, Məmmədyarovun Minskə
gəlməsi məhz Ermənistanın ittifaqa daxil olması məsələsində
Lukaşenkonun mövqeyini bir daha dəqiqləşdirməkdir.
Bundan əvvəlki iclasda Yerevanın ittifaqa qəbul ediləcəyi
gözlənilirdi. Lakin hər şey gözlənilməz şəkildə dəyişdi. Azərbaycan
lideri İlham Əliyev diplomatik manevr edərək qazaxıstanlı
həmkarının dili ilə öz sözünü dedi. Belə ki, Dağlıq Qarabağ
münaqişəsi Ermənistan üçün ittifaqa daxil olması böyük əngəldir.
Yəni Yerevan yalnız öz sərhədləri daxilində ittifaqa girə bilər, o
işğal etdiklərini özü ilə apara bilməyəcək.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev konkret olaraq azərbaycanlı həmkarının dəstəklədi. Ardınca Lukaşenko da buna qoşuldu. Burda həm Bakının razı salınması, həm də zəif iqtisadiyyata malik Ermənistanın daxili problemlərinin ittifaq hesabına həll edilməsinə qarşı çıxılması əsas faktordur.
Məmmədyarovun da səfərində bu məsələnin əsas müzakirə mövzusu
olduğu şəksizdir. Görünür, Bakı mövqeləri yenidən
dəqiqləşdirir.
Asif Nərimanlı

-
Rəsmi xronika20:40
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ
-
Region20:20
Türkiyədə dəhşətli PARTLAYIŞ: ölən və yaralanan var - FOTOLAR
-
Magazin120:10
Xalq artisti həbs etdirdiyi keçmiş həyat yoldaşı haqda: "Mənə dəfələrlə bıçaq vurub"
-
Kriminal19:55
Harutyunyan məhkəmədə dövlət ittihamçılarının suallarını cavablandırdı
-
Nida Xəbər 18:50
Bunu alqışlayıram - Paşinyandan Azərbaycanla bağlı paylaşım
-
MDB18:30
Türkiyədən Rusiyaya qayıdan təyyarə fəlakət siqnalı verdi
-
Sosial17:00
Əhaliyə xəbərdarlıq: Növbəti iki gündə...
-
Magazin216:21
Halit Ergenc həbs edildi - Görün nəyə görə cəzalandırıldı