Nida.az
“Azərbaycan ən müasir silahlarla təchiz olunur” – YAP-dan Ermənistana XƏBƏRDARLIQ
“Bu gün Ermənistan artıq Azərbaycanın hərbi qüdrəti ilə razılaşmaq məcburiyyətindədir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, bir neçə ay öncə düşmənlə təmas xəttində baş verən intensive atəşkəs pozuntuları və kiçik döyüşlər Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında nə qədər aciz qalmasını bir daha nümayiş etdirdi.
A.Mirzəzadə deyib ki, ordu hər bir dövlətin dövlətçilik sütunu hesab olunur:
“Azərbaycanın güclü ordusu ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təminatı üçün ən vacib məqamlardan biridir. Əlbəttə ki, Azərbaycan ordusunun daha da güclü olması qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsinə imkan verir.
Azərbaycan ordusuna ayrılan vəsait ildən-ilə daha da artır. Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnika və silahlarla təchiz olunur.
Müdafiə sahəsində beynəlxalq əlaqələr genişlənir. Bütün bunlar isə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana öz mövqeyinin daha da möhkəmləndirilməsinə imkan verir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində səyylərini dayanmadan artırır. Amma bizim üçün diplomatik fəaliyyətlə yanaşı, ordu quruculuğu da vacib amillərdən biridir.
Cənab Prezidentin ordu məsələlərinə diqqət etməsi və bu məsələlərdə Ermənistan tərəfinin Azərbaycanın artan qüdrətini etiraf etməsini vurğulaması ilk növbədə Ermənistana çox ciddi mesajdır. Bütövlükdə, artıq bugünkü reallıq Azərbaycanın xeyrinə işləyir.
Ötən gün Azərbaycan Prezidentinin də hökumətin yığıncağında söylədiyi fikirlər aktual və diqqətçəkən idi”.
Vasif Həsənli
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR