Nida.az
Göyçə və Zəngəzurun ermənilərə verilməsi məsələsi qaldırıldı
Milli Məclisin bu gün keçirilən sessiyasında Göyçə və Zəngəzurun ermənilərə verilməsi məsələsi qaldırılıb.
Publika.az xəbər verir ki, iclasda çıxış edən deputat Fəzail
Ağamalı 1918-ci il Batum müqaviləsi haqqında danışıb: “Bir neçə gün
əvvəl görkəmli alimimiz Yaqub Mahmudov bir məsələyə xüsusi diqqət
ayırdı. Söhbət Batumidə imzalanan müqavilədən gedir. Bu müqavilədə
qoyulan öhdəliklər yerinə yetirilməyib. Ermənilər bir an belə
dayanmayıblar. Bizə qarşı ərazi iddiaları irəli sürülüb, İrəvanda
Azərbaycan məktəbləri mövcud deyil, ərazilərimizin 20 faizi işğal
edilib. Bu proses indi də davam edir”.
Deputat daha sonra SSRİ zamanı da Zəngəzur və Göyçə mahalının
Ermənistana verilməsi haqqında danışıb, bu zamanda razılaşmanın
şərtlərinin pozulduğunu, erməni tərəfinin təcavüzünün davam
etdiyini vurğulayıb: “Fikrimcə, biz bu məsələlər haqqında ciddi
düşünməli, bunu qaldırmalı və ilk olaraq hüququ baza yaratmalıyıq.
Təklif edirəm ki, XİN-də xüsusi qrup yaradılsın və bizim
qaldırdığımız olan bu məsələ ilə bağlı addım atsın”.
Asif
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"