Nida.az
Müsavatdan istefa verənlərə sərt ittihamlar – Partiyada gizli səhifələr açılır
Müsavat Partiyanın keçmiş başqan müşaviri, yeni başqan Arif Hacılının tərəfdarı Səxavət Soltanlı tam tərkibdə istefa verən partiyanın Tovuz rayon təşkilatının rəhbərliyini ittiham edib.
Publika.az xəbər verir ki, S. Soltanlı Tovuzda 19
nəfərin toplaşaraq istefa verməsini mümkünsüz adlandırıb:
“Birincisi, bu mümkün deyil, ona görə ki, Müsavat Partiyasına
qoşulmaq və ayrılmaq fərdi qaydada mümkündür.
Bir nəfərin belə istefa verməsini arzulamadığımı, istefa verdiyini
dəqiq bildiyim 3 nəfərə görə təəssüf etdiyimi bildirirəm. Son
prezident seçkilərində namizədimizin səlahiyyətli nümayəndəsi kimi
seçkiləri Tovuzda izləyən bir şəxs kimi müşahidələrimin qısa
nəticəsini bildirmək istəyirəm. Tovuz təşkilatının 105
məntəqəsindən yalnız birində müşahidəçisi vardı. Bildiyim qədər
imza da toplamamışdılar, təbii şikayətlər də olmadı. Tək olan
müşahidəçi Miryaqub bəy də 1 satlıq məntəqəni tərk edib işi
olduğunu bildirmişdi. Qurultaya Hazırlıq Komitəsinin üzvü kimi
Tovuz Təşkilatının “Ümumi Yığıncaq”ında iştirak etmişəm, qurultaya
nümayəndə seçmək üçün 17 nəfəri belə çətinliklə toplaya bildilər.
Son hadisədə isə ən fəal oldular. Qəribə gəldi mənə, gözləmirdim
də”.
S. Soltanlı qeyd edib ki, rayon təşkilatı 2005-ci ildən sonra 18
nəfəri bir yerə toplaya bilməyiblər.
“Əksinə idisə son prezident seçkilərində 105 seçki məntəqəsi olan
Tovuz təşkilatı nədən yalnız 1 nəfər müşahidəçi vermişdi? Qurultay
öncəsi yığıncağa 17 müsavatçını çox çətinliklə toplayan Tovuz
təşkilatı necə oldu istefa ilə bağlı 19 nəfəri asanlıqla toplaya
bildi? Qurultay öncəsi toplantının şəkilləri olduğu halda, nədən bu
19 nəfərin toplantısından bir şəkil belə yoxdur? Nədən verilən
bəyanatın altından kimlərin imza atdığını göstərməklə sürəti və ya
fotosu burda, yerləşdirilməyib?”, -deyə o bildirib.
S. Soltanlı istefaları və partiyaya qarşı səslənən fikirləri
Müsavatı gözdən salmağa hesablandığını bildirib: “Müsavat
Partiyasına qarşı səslənən fikirlər və baş verənlər bir neçə
cinahdan Müsavata qarşı gözdən salma kampaniyasının tərkib
hissəsidir. Burda əsas məqsəd Müsavat başqanlığı ilə bağlı 2
dəfədən artıq namizəd olmağı qadağan edən dəyişikliyi arxa plana
keçirmək, digər məqsəd İsa Qəmbərin atdığı demokratik addımı
diqqətdən kənarda saxlamaq, Müsavat Partiyasının əsas
üstünlüklərindən biri olan demokratikliyinə ləkə salmaqdır”.
Asif
-
ABŞ04:30Onlarda döyüşəcək heç kim və heç nə qalmayıb... - Tramp
-
Qoroskop01:40Günün ulduz falı: Yeni qazanc qapısı görünəcək
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq









.jpg)
























