Nida Xəbər
İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik - Slovakiya Prezidenti
Martın 6-da Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini İranın Naxçıvana dron hücumları ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçinin mülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar Slovakiya Respublikası adından və şəxsən öz adımdan səmimi həmrəyliyimi bildirmək istəyirəm.
Biz bu hücumu qətiyyətlə pisləyirik. Bu cür davranış qəbuledilməzdir, beynəlxalq hüququn pozulmasıdır və vəziyyətin daha da gərginləşməsi riskini təhlükəli şəkildə artırır.
Slovakiya Respublikası gərginliyin azaldılmasına və məsələnin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir.
Eyni zamanda, icazə verin, Tehrandan təxliyə olunmuş diplomatlarımıza göstərdiyiniz yardıma və qonaqpərvərliyə görə hakimiyyət orqanlarınıza səmimi təşəkkürümü bildirim. Bu çətin vəziyyətdə hakimiyyət orqanlarınızın göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi














.jpg)




.jpg)


















