İdman
Hər kəsi heyrətləndirdi: Oyundan sonra bu üsulla bərpa olunur
“Yuventus”da oynayan belçikalı hücumçu Loi Openda oyunlardan sonra qeyri-adi bərpa üsulu ilə azarkeşləri təəccübləndirib.
Publika.az xəbər verir ki, futbolçu sosial mediada bambuk çubuqlarından istifadə edərək vakuum terapiyası prosedurunu paylaşıb. Bu üsul əzələ gərginliyini aradan qaldırmaq, qan dövranını yaxşılaşdırmaq və fiziki fəaliyyətdən sonra sağalmanı sürətləndirmək üçün istifadə olunur.
Videoda mütəxəssisin bambuk alətlərini oyunçunun kürəyi və ayaqları üzərindən keçirərək vakuum effekti yaratması göstərilir. Oxşar prosedurlar bəzən idmançılar tərəfindən istirahət və əzələlərin bərpasını sürətləndirmək üçün istifadə olunur. Lakin azarkeşlər buna istehza ilə reaksiya veriblər, çünki belçikalı oyunçunun oyunu hələlik arzuolunan səviyyədə deyil.
“Yuventus”a keçdikdən sonra hücumçu bütün turnirlərdə 36 oyun keçirib, lakin cəmi iki qol vurmağı bacarıb.
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI
-
Region18 Aprel 23:48"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı
-
Magazin118 Aprel 23:12Vado Korovinin qızının toyudur - VİDEO
-
Sosial18 Aprel 22:24Sumqayıtda FACİƏ - Futbol oynayarkən halı pisləşən gənc öldü
-
İdman18 Aprel 21:12Messi o ulduz futbolçunun yalanını belə gerçəyə çevirdi
-
Magazin118 Aprel 20:36"17 yaşımda verdiyim qərarın doğru olduğunu anladım"
-
Avropa18 Aprel 20:24Zelenski Kiyevdə ölənlərin sayını açıqladı





































