Sosial
Cərimələnən sürücülərə ŞAD XƏBƏR - Ödədikləri vəsait geri qaytarılacaq
Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan iş bağlandıqda nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması və orada saxlanılması üçün ödənilən məbləğ avtomobilin sahibinə qaytarılacaq. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda Milli Məclisdə qəbul edilib.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi konkret qayda pozuntuları ilə bağlıdır.
O xatırladıb ki, qayda pozuntularının mövcud olduğu halda sürücüyə həm cərimə yazılır, həm də nəqliyyat vasitəsi qadağan olunan duracağa yerləşdirilir:
"Amma şəxsin avtomobilinin cərimə meydançasına yerləşdirilməsinə səbəb olmuş qərar qanunsuz sayılarsa və ləğv olunsa, bu, duracağa yerləşdirilmənin də qanunsuz olduğu anlamına gəlir. Ona görə də təbii ki, qanunsuz yerləşdirilmə səbəbindən avtomobilin evakuasiyasına və duracaqda saxlanılması üçün edilən ödəniş sahibinə geri qaytarılmalıdır. Bu, təbiidir. Çünki həmin tədbirin özü qanunsuz olub".
Ə.Hüseynovun sözlərinə görə, əslində, bu qayda indiyə qədər də mövcud olub: "Mülki Məcəllədə bununla bağlı məsələ var. Lakin qanuna edilən dəyişiklik müəyyən dərəcə dayanıqlı məsələdir və bu fəaliyyətlə məşğul olanlar üçün birbaşa göstərişdir".
Ekspert hesab edir ki, Nazirlər Kabinetinin qərarı ilə bu istiqamətdə dəqiq mexanizmlər hazırlansa, daha yaxşı olar: "Məsələn, şəxs bu halda hara müraciət etməlidir, ona geri ödənilən vəsait neçə gün müddətində qaytarılmalıdır və s. Bu dəqiq mexanizm Nazirlər Kabinetinin qərarında müəyyən olunmalıdır".
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz





















.png)














