Nida.az
Həmsədrlər regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar
Vasitəçilər yay aylarında gərginliyin artmasından sonra təmas xəttində və sərhəddə vəziyyətin sabitləşdiyini qeyd ediblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona növbəti səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar. ATƏT-in rəsmi saytının verdiyi xəbərə görə, bəyanatda həmsədrlər İqor Popov (Rusiya) və Pyer Andryu (Fransa) bu həftə hökumət rəsmiləri ilə görüşmək və Ermənistan-Azərbaycan sərhədində ATƏT tərəfindən keçirilən monitorinqində iştirak etmək üçün regiona səfər etdiklərini bildiriblər.
Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Amerikalı həmsədr Ceyms Uorlik şəxsi səbəblərdən regiona səfər edə bilməyib, amma ABŞ tərəfi görüşlərdə təmsil olunub.
Bakıda və İrəvanda həmsədrlər iki ölkənin dövlət başçıları İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. Hər iki tərəflə görüş zamanı həmsədrlər prezident Fransua Ollandın təklifi ilə bu ay Parisdə keçirilməsi planlaşdırılan prezidentlərin sammitinə hazırlığı müzakirə ediblər.
Həmsədrlər prezidentlərin Soçi və Uelsdə keçirilmiş ötən görüşlərindən də söz açıblar, yay aylarında gərginliyin artmasından sonra təmas xəttində və sərhəddə vəziyyətin sabitləşdiyini qeyd ediblər. Onlar həmçinin son günlər baş verən atəşkəs pozuntularının kəskin hal almayacağına ümid etdiklərini bildiriblər. Həmsədrlər tərəfləri gərginliyi azaltmağa, xüsusilə mülki əhaliyə qarşı zorakılıqların qarşısının alınması üçün addımlar atmağa çağırıblar.
Qeyd edək ki, vasitəçilər 14-18 oktyabr tarixlərində regionda səfərdə olublar.
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO