Nida.az
Bir qrup müsavatçı partiyadan xaric ediləcək – Şok adlar
“Arif Hacılının dəstəsi Müsavatdan gedəcəkləri ehtimal olunan şəxslərin siyahısını hazırlayıb və o siyahıda olanların istefalarını önləyərək, tezliklə partiyadan xaric edəcəklər”.
Publika.az xəbər verir ki, bu iddia ilə Müsavat funksioneri Səxavət
Əlisoy adını açıqlamadığı müsavatçıya istinadən çıxış edib.
Onun sözlərinə görə, partiyadan xaric ediləcək üzvlərə qarşı bəzi
ittihamlar irəli sürüləcək.
“Səbəb də o olacaq ki, bu şəxslər Müsavatın nizamnaməsinə zidd
çıxışlar edir, təftişçiliklə məşğuldurlar, partiyanı nüfuzdan
salırlar və sair və ilaxır.
Onu da dedi ki, Əlövsət Talışxanlının, İbrahim İbrahimlinin, Vurğun Əyyubun, Rövşən Dəmirlinin, Rövşən və Məhəbbət qardaşlarının, Əli Rzayevin, Kamil Xəlilbəylinin, İsmayıl Kəsəmənlinin, Rüfət Əliyevin və təbii ki, mənim adım bu siyahıda var”, -deyə o bildirib.
S. Əlisoy qeyd edib ki, hüquqşünas Osman Kazımov tamamilə düzgün
buyurur, kim ki, Hacılının legitimliyinə şübhə edir, “təmizləmə”
əməliyyatına məruz qalmalıdır: “Saxtakarlıqla barışmayanları,
Hacılını maliyyə fırıldaqlarında ittiham edənləri, rayon
təşkilatlarındakı acınacaqlı duruma rəğmən Hacılını günahkar
bilənləri, bir sözlə ona sizlər kimi biət etməyənləri partiyadan
kənarlaşdırmaq gərəkdir. Partiyanı istədiyiniz kimi “fırlatmaq”
istəyirsinizsə, bu əməliyyatı tezləşdirin”.
Publika.az-ın Müsavatdakı mənbələrdən əldə etdiyi məlumata görə,
sözügedən “təmizləmə” əməliyyatı oktyabrın 25-dən sonra başlaya
bilər.
Qeyd edək ki, oktyabrın 25-də partiyanın xüsusi iclası
keçiriləcək.
Asif
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR