Nida.az
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi
vurğulandı, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən
Həştərxan vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluq
ifadə olundu. Bu yaxınlarda Həştərxanda Xəzəryanı ölkələrin dövlət
başçılarının IV Sammitinin keçirilməsinin bu ölkələr arasında
əlaqələrin inkişafı işinə xidmət etdiyi bildirildi.
Qubernator Aleksandr Jilkin Heydər Əliyev Fondu tərəfindən
Həştərxanda həyata keçirilən layihələri yüksək qiymətləndirdi və bu
layihələrin vilayətin əhalisi tərəfindən böyük rəğbətlə
qarşılandığını qeyd etdi.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının
Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər