Nida.az
Fazil Mustafa Türkiyə hökumətindəki təyinata etiraz etdi
"Yalançı "erməni soyqırımı"nın 100 illiyinə 6 ay qala Türkiyə hökuməti ilk həmləsini yapmış görünür. Erməni əsilli qəzetçi-yazar Etyan Mahçupyan Türkiyə Cumhuriyyəti Baş Bakanının Başdanışmanı, yəni baş müşaviri, yəni baş məsləhətçisi təyin olundu".
Publika.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa erməni əsilli Etyan Mahçupyana Türkiyə hökumətində yüksək vəzifəyə verilməsini şərh edərkən bildirib.
"Sadəlövh dünyanı inandıracaqlar ki, əgər bizdə soyqırım olsaydı erməni əsilli biri başbakanın başdanışmanı ola bilməzdi. Bilmirəm təbrik teleqramı göndərək, yoxsa sevincimizi içimizdə boğaq. Əlbəttə, erməni də olsa, Türkiyə vətəndaşıdır, istənilən posta gətirilə bilər, ancaq verəcəyi məsləhətlərin və tövsiyyələrin nəticələrini xüsusilə Azərbaycanda ciddi təhlil etmək lazım gələcək. Anlaşılan budur ki, bundan sonra Türkiyədən gələn Dağlıq Qarabağla bağlı fikir və mülahizələrdə Mahçupyanın beyninin töhfələrini seçib arıtlamaq üçün Xarici İşlər Nazirliyimizin üzərinə xeyli iş düşəcək", - millət vəkili qeyd edib.
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"