Nida.az
Girovların “məhkəməsi” Mili Məclisdə müzakirə olundu
Azərbaycan Parlamentinin bu gün keçirilən iclasında ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı keçirilən qondarma “məhkəmə” məsələsi müzakirə edilib.
Çıxış edən deputat Fazil Mustafa bildirib ki, separatçı rejim
qondarma "məhkəmə" keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə
tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər.
Deputat İqbal Ağazadə Milli Məclis sədrindən azərbaycanlı
girovların hüquqlarının müdafiəsi üçün özünün deputat olaraq
beynəlxalq təşkilatlar vasitəsilə göndərilməsini istəyib: “Onlar
üzərində qondarma “məhkəmə” keçirilir. Biz, heç olmasa, çalışıb
onların hüquqlarının normal müdafiəsini təşkil etməliyik. Bunun
üçün nə lazımdırsa, mən hazıram".
Deputat Qənirə Paşayeva isə bildirib ki, azərbaycanlı girovlara orada ağır işgəncələr verilir: “Onlar üzərində oyuncaq bir “məhkəmə” keçirilir. Biz bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməliyik. Onlara verilən işgəncələrlə bağlı lazımi beynəlxalq təşkilatlar qarşısında tələb qaldırmalıyıq. Əks halda, görünən odur ki, ermənilərin azərbaycanlı girovları buraxmaq niyyəti yoxdur”.
Vitse-spiker Bahar Muradova isə onların üzərində qurulan qondarma
“məhkəmə”ni hüquqi cəhətdən tanıyıb ora vəkil göndərilməsinin
əleyhinə çıxıb.
Asif Nərimanlı
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?