Nida.az
“Nəqliyyat üçün maksimum 5 manat lazımdır” – Araz Əlizadə seçkiyə pulu necə tapdı?
Azərbaycanda 10 siyasi partiya bələdiyyə seçkiləri ilə bağlı hazırlıqlarını başa vurub. Seçkiyə hazır olan partiyaların 9-u parlamentdə təmsil olunan, biri isə qanunverici orqanda təmsilçiliyi olmayan Azərbaycan Sosial-Demokrat Partiyasıdır.
Burada diqqət çəkən məqam sosial-demokratların seçki üçün lazım
olan maliyyə vəsaitini necə əldə edə bilməsidir. Çünki parlamentdə
təmsil olunmayan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri
Sərdar Cəlaloğlu bələdiyyə seçkilərinə pulları olmadığı üçün
getməyəcəklərini bildirmişdi. O, Publika.az-a açıqlamasında
“Qarabağ” blokunda birgə təmsil olunduqları Ümid Partiyasından da
narazılığını ifadə etmişdi.
Parlamentdə təmsil olunan partiyalar “Siyasi partiyalar haqqında”
qanuna uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdiyi üçün onların
maliyyə problemi yoxdur. Digər siyasi partiyalar isə maliyyə
vəsaitini özləri tapmalıdırlar. Bəs, görəsən, ASDP bu vəsaiti necə
tapıb?
Publika.az ASDP sədri Araz Əlizadədən seçkiyə
qatılmaq üçün nə qədər vəsait xərcləyəcəyini öyrənib.
A. Əlizadə bələdiyyə seçkilərinə getmək üçün böyük məbləğdə pul
lazım olmadığını deyib. Onun sözlərinə görə, maksimum nəqliyyat
vasitələrindən istifadə üçün pul lazımdır: “Rayon bələdiyyələrində
yol pulu üçün maksimum 5 manat lazımdır. Kənddə isə pul lazım
deyil. Kənddə hamı bir-birini tanıyır. Hörmətin varsa, seçilə
bilərsən. Hörmətin yoxdursa, nə qədər pul xərcləsən, mümkün deyil.
Kənddə plakat asmağa ehtiyac yoxdur”.
Eyni zamanda o, ASDP-nin maliyyə sıxıntısı çəkdiyini deyib: “Bizim
partiyanın bir dənə maliyyə mənbəyi var, o da mənəm. Mənim yeganə
maliyyəm aldığım təqaüddür. Həmin təqaüdlə də partiyamı saxlayıram.
Bəziləri düşünür ki, dövlət təbliğat üçün də pul ayıracaq. Bir
məsəl var: “Oynaya bilmirlər, deyirlər, yerimiz dardır”.
Asif Nərimanlı
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı