Nida.az
Müsavat parçalanır: Növbədənkənar qurultayla bağlı işçi qrupu yaradıldı
Müsavat Partiyasının qərargahında bu gün Qubad İbadoğlunun rəhbərliyi ilə keçirilən görüşdə fraskiya yaratmaq məsələsi müzakirə olunub.
Publika.az xəbər verir ki, partiyanın Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev, Sədaqət Paşayeva, Xəyyam Məmmədli fraksiya yaradılmasını təklif ediblər.
Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli də fraksiya təklifini dəstəkləyib. Onun fikrincə, ya fraksiya, ya da buna bənzər birlik yaradılmalıdır.
Tural Abbaslının tərəfdarlarından olan Rüfət Hacıbəyli də fraksiya təklifini dəstəkləyib: “Fraksiya bizə lazımdır. Bu, nizamnamə pozuntusu deyil”.
Başqanlığa keçmiş namizədlərdən olan Səxavət Əlisoy isə Müsavatdakı saxtakarlıqdan danışıb.
“Biz hökuməti saxtakarlıqda itiham edirdik. İndi öz içimizdə real baş verən saxtakarlıqla üz-üzəyik. Qarşı tərəf bunu görməlidir. Bu gün narazılara olan təhqirlərin başında başqan Arif Hacılı dayanır. Yoxsa icazə verməzdi bu dərəcədə təhqirlərin olmasına. Mən fraksiya yaradılmasının tərəfdarıyam. Təklif edirəm, bu məsələ səsə qoyulsun”, - deyə o bildirib.
Görüşdə VIII qurultayın nəticələrinin ləğv edilməsi üçün imza toplama kampaniyasının başlaması da təklif olunub.
Qubad İbadoğlu isə tərəfdarlarını sakitliyə çağırıb. Onlara tələsməməyi tövsiyə edib: “Müsavatın bütövlüyünü qorumalıyıq”.
Müzakirələrdən sonra narazılar işçi qrupu yaradıblar. Bununla yanaşı, bir aydan sonra yenidən toplaşmaq qərarı verilib.
İşçi qrupuna Qubad İbadoğlu, Səxavət Əlisoy, həmçinin iştirak etməyi arzu edən rayon təşkilatlarının sədrləri, qadınlar birliyinin sədri daxil edilib. Təklif səsə qoyulub və heç kim buna etiraz etməyib. Həmçinin Tural Abbaslının da işçi qrupuna qoşula biləcəyi deyilib.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu