Nida.az
“Müsavatı iqtidar qarışdırır” iddiasına YAP-dan sərt cavab: “Saxtakarlığı biz demirik”
Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin
müavini, deputat Siyavuş Novruzov Müsavatda narazılıqların iqtidar
tərəfindən yaradıldığı haqda iddialara cavab
verib.
S. Novruzov Publika.az-a açıqlamasında bu iddiaları gülünc adlandırıb. Onun özlərinə görə, Müsavat öz daxilində münasibətləri aydınlaşdıra bilmədiyi halda bəhanəni hakimiyyətin üzərinə atır: “Bu, gülməli iddiadır. Qurultayın ədalətsiz keçirildiyini, başqanlıq seçkisində saxtakarlıq olduğunu biz demirik. Tənqidi fikirləri başqanlığa namizəd olmuş Qubad İbadoğlu və digərləri deyir. Müsavatın bərpasında iştirak edənlərin hər biri etiraz edərək partiya sıralarından çıxırlar. Nəsib Nəsibli Müsavatdan getdi, Gənclər Birliyinin sədri partiyanı tərk etdi. Bunun hakimiyyətə nə aidiyyəti var?”
S. Novruzov əlavə edib ki, Müsavatın qurultayında saxtakarlıq olub,
bir sıra müsavatçılar isə bu ədalətsizliyi qəbul etmir. Onun
sözlərinə görə, obyektiv və tam şəffaf şəkildə təkrar qurultay
keçirilməlidir.
“O zaman Müsavat üzvlərinin kimə daha çox səs verəcəyi məlum
olacaq. Müsavatın taleyi şübhə altındadır. Partiyada yenidən
qurultay keçirilməlidir, rayon və şəhər təşkilatlarında ədalətli
seçim olmalı, sonradan strukturlar formalaşmalıdır, əks halda
Müsavat daxilində ikinci, üçüncü partiyalar yaranacaq. Bu
partiyalar ayrı-ayrılıqda müstəqil şəkildə fəaliyyət göstərməyə
başlayacaq. Vəziyyət o həddə çatıb ki, azad fikir və söz deyənləri
Müsavat qərargahından didərgin salırlar, onları partiyadan
çıxarmaqla hədələyirlər. Seçkinin saxta keçirildiyi ilə əlaqədar
irəli sürülən fikirlərə Müsavat rəhbərliyindən heç kəs münasibət
bildirmir. Başqanın iki qardaşından başqa Müsavat rəhbərliyində
təmsil olunan kimsə deyilənlərə cavab vermir. Müsavat Partiyasının
qurultaydan sonra tamam acınacaqlı vəziyyətə düşdüyü göz
qabağındadır”, - deyə S. Novruzov qeyd edib.
Qeyd edək ki, Müsavat Divanının bəyanatında VIII qurultaydan sonra
seçkinin nəticələrindən narazı qalan bir qrup partiyanın
ideoloji-siyasi xəttinə zidd fəaliyyət göstərdiyi vurğulanır.
“Belə fəaliyyət son zamanlar daha da güclənib. Müsavat Partiyasına
qarşı bu kampaniyada Azərbaycan hakimiyyətinin və Müsavatı özünə
rəqib hesab edən müəyyən siyasi qüvvələrin də iştirakı haqda
məlumatlar daxil olmaqdadır”, - deyə Müsavat baş verənlərdə
iqtidarın da əlinin olduğunu iddia edir.
Asif Nərimanlı
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"