Nida.az
Rasim Musabəyov: “Erməni helikopteri Azərbaycan səmasında nə qələt edirdi?”
“Ermənistan Paris görüşündən sonra Azərbaycan ərazilərində hərbi təlimlərə başlamaqla təxribatlara əl atdı və nəticədə cavabını aldı”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin
Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü, politoloq Rasim
Musabəyov Azərbaycan səmasından təxribat uçuşları yerinə yetirən
erməni helikopterinin vurulmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan hərbi təlimlərlə Azərbaycana güc
nümayiş etdirirdi: “Paris danışıqları oldu və müəyyən irəliləyişə
ümidlər yarandı. Amma danışıqlarda irəliləyişin olması Ermənistanın
xeyrinə deyil. Onlar hazırkı status-kvonun davam etməsində
maraqlıdırlar. Buna görə də hər vəchlə danışıqlara mane olmağa
çalışırlar. Son təlimlər, erməni helikopterlərinin Azərbaycan
səmasında uçuşları məhz bu məqsəd daşıyırdı. Bunun arxasında
Azərbaycanı təxribata çəkmək məqsədi dayanır. Azərbaycan da öz
haqqı olaraq səmasında uçan düşmən ölkənin təyyarəsini
zərərsizləşdirdi”.
R. Musabəyov helikopterin vurulmasına görə heç kimin Azərbaycanı
ittiham etməyə haqqının çatmadığını bildirib.
“Buna görə hansısa ölkə, yaxud həmsədrlər Azərbaycana heç nə deyə
bilməzlər. Həmsədrlər, eləcə də digər böyük ölkələr
narahatlılıqlarını dilə gətirirlər. Əslində bu narahatlığı
Ermənistan Azərbaycan ərazisində təxribat xarakterli təlimlər
aparanda bildirməli idilər. Ermənistan təlimlərdə raket
silahlarından tutmuş hərbi helikopterlərə qədər texnikanı sınaqdan
keçirirdi. Helikopterin uçuşu da Azərbaycana hücumun imitasiyası
idi. Amma heç kim zəmanət verə bilməzdi ki, onlar hücum etməyəcək,
yaxud kəşfiyyat məlumatları toplamır. Helikopterləri havaya
qaldıranda vurulma ehtimalını da düşünməli idilər. Azərbaycan
tərəfi haqlı olaraq belə bir addım atdı. Digər tərəfdən,
helikopterdəki 3 hərbçi erməni vətəndaşı idi. Azərbaycan səmasında
nə qələt edirdilər? Əsas məsələ budur”, - deyə o
vurğulayıb.
Asif Nərimanlı
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO