Nida.az
Müsavat keçmiş üzvünü polislə hədələdi – Qərargahda şok qalmaqal
Müsavat Partiyasından çıxarılmış Kamil Xəlilbəyli hazırkı rəhbərlik tərəfindən polislə hədələnib.
Publika.az-a açıqlamasında K. Xəlilbəyli partiya
üzvlüyünə bərpa olunmaqla bağlı ərizə ilə Mərkəzi Nəzarət-Təftiş
Komissiyasına müraciət edib: “Ərizəni təqdim etmək üçün qərargaha
getdim. Orda Xuraman Bağırova mənə partiya üzvü olmadığıma görə
ərizəmi qəbul etməyəcəyini bildirdi. Amma mənim ötən dəfəki
müraciətimi qəbul etmişdilər. Sadəcə olaraq, baxılmadığı üçün mən
ərizə ilə müraciət etdim. Mənə “hər yoldan keçənin ərizəsini qəbul
etmirik” dedi. Onda mən əsəbiləşdim. Çünki 15 ilimi Müsavata həsr
etmişəm. Mənə necə yoldan keçən deyə bilərlər. Onda məni polislə
hədələdi. “Getməsən, polis çağıracam" dedi. Mən də qərargahı tərk
etdim. Amma bu gün yenidən ərizə ilə müraciət edəcəm”.
K. Xəlilbəyli ərizəsinin qəbul edilməməsinin arxasında başqa
səbəblər olduğunu deyib.
“Vaxtın uzanmasını, bir aydan sonra mənim üzvlük haqqımın bitməsini
gözləyirlər. Ona görə də ərizəmi qəbul etmirlər” deyə o
bildirib.
Müsavat MTNK sədri Sevinc Hüseynova Publika.az-a bildirib ki, K.
Xəlilbəyli doğru danışmır: “Müsavatdan xaric edilmiş şəxslər yalnız
6 aydan sonra üzvlük üçün məhkəməyə müraciət edə bilərlər”.
K. Xəlilbəyli isə S. Hüseynovanı nizamnaməni bilməməkdə ittiham
edib.
“Bu xanım nizamnaməni bilmədiyi halda MNTK-ya necə rəhbərlik
edir?
Xanımın bəhs etdiyi maddə nizamnamənin 1.10. maddəsinin sonuncu abzası olub, partiyadan çıxarılan şəxsin yenidən üzvlük üçün müraciət etmə müddətini əsas tutur. Mən isə ərizəmdə nizamnamənin 1.10. maddəsinin sondan ikinci abzasında göstərilən bir ay içində qərardan şikayət edə bilmə hüququmu əsas tutaraq ərizə ilə müraciət etmişəm. Bu insanlar nizamnamə bilmədən hansı partiya quruculuğundan, hansı mübarizədən və hansı iqtidar ola bilmə istəyindən danışırlar? Partiya rəhbərliyi onların bilik və təcrübəsinə lazım olan qiyməti verib bacarıqsızlarını görmürmü? Görürsə niyə bu qədər biganədirlər? Bu gün yenidən MNTK-ya və MNTK üzvü Xuraman Bağırovanın qanunsuz əməlindən Divana şikayət edəcəyik”, - deyə o qeyd edib.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu