Nida.az
Türkiyəli jurnalist: “Ərəblərə Qarabağ maraqlı deyil
“Hörmətli Əli Həsənov İslam ölkələri jurnalistlərinin birgə əməkdaşlığı haqda doğru buyurur. Lakin ilk növbədə bu dövlətlər öz siyasətlərini doğru yola istiqamətləndirməlidirlər”.
Bunu Publika.az-a açıqlamasında Türkiyədə yaşayan
araşdırmaçı-jurnalist Yücel Tanay Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun İslam
ölkələri jurnalistlərinin birgə əməkdaşlığa dəvət etməsinə
münasibət bildirərkən deyib.
Türkiyəli jurnalist İslam dünyasının böyük olduğunu, lakin birlik
olmadığının bildirib: “Bu gün İran İslam ölkələri Qarabağı işğal
edən Ermənistanla əməkdaşlıq edir. Hətta dostluq edir deyərdim.
Ərəblər üçün yalnız Fələstin önəmlidir. Heç vaxt Qarabağda erməni
işğalını qınamayıblar. Bunun fonunda bu günə qədər neçə İslam
ölkəsi Şərqi Türküstan, yaxud Qarabağdakı vəhşilikləri qınayıb?
Barmaqla sayılacaq qədərdir. Buna görə də hörmətli Əli Həsənovun
dedikləri doğru yanaşmadır. Bir olmaq və informasiya müharibəsində
həqiqətləri üzə çıxarmaq lazımdır. Amma gərək özlərinə İslam ölkəsi
deyənlər müsəlmanın qanını tökən erməni və digərlərini müdafiə
etməsin. Bu siyasət media sahəsinə də təsirini göstərir”.
Y. Tanay Əli Həsənovun çağırışının Türk dünyasına da aid olduğunu
deyib.
“Xüsusilə, Türkiyə və Azərbaycan jurnalistləri bir hədəfə
vurmalıdırlar”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Tehranda İslam ölkələrinin informasiya nazirlərinin
“İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-in
yaxınlaşması” mövzusunda keçirilən 10-cu iclasında iştirak edən
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənov İran mediasına açıqlamasında
müsəlman jurnalistlərini ortaq mövqe nümayiş etdirməyə
çağırıb.
“Düşünürəm ki, müsəlman ölkələrində jurnalistlər
birləşə və ortaq mövqe nümayiş etdirə bilərlər. Müsəlman
ölkələrindəki jurnalistlər düzgün, obyektiv informasiya yaymaqla
İslam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər.
Müasir dövrdə informasiyanın doğru-dürüst çatdırılması əsas
amildir. Qərb mediası bu gün müsəlmanları bir sıra hallarda
terrorçu kimi təqdim edir. Bunun nümunəsini Suriya, Misir və İraqda
görürük. İnsanlara həqiqətləri çatdırmaq lazımdır”, - deyə PA
rəsmisi vurğulayıb.
Asif Nərimanlı
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat