Nida.az
İsa Qəmbərin qarşısında tələb qoyuldu: “İndiyə qədər hara baxırdın?”
“Bu gün Mərkəzi-Nəzarət Təftiş Komissiyasını cəza orqanına çevirirlər, lakin İsa Qəmbər susur”.
Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının
keçmiş müavini, hazırkı rəhbərliyin legitimliyini tanımayan Hüseyn
Məlik deyib.
O, İsa Qəmbərdən Divan və MNTK-nın cəza orqanına çevrilməsinə imkan
verməməyi tələb edib: “MNTK ancaq kimisə cəzalandırmaq, kiməsə
töhmət vermək və partiyadan qovmaq kimi işlər görür. Biz
idarəetmədən narazıyıq. 8 il Səbail rayon təşkilatının sədri
olmuşam, indi orada seçki keçirməkdən imtina edirlər. Həmin
təşkilatda baş verən hadisələr haqda 15 gün sonra KİV-ə məlumat
verəcəyəm. Arif Hacılını qəbul etmirəm və etməyəcəyəm də. Ancaq
partiyada qalmışam və burada fəaliyyət göstərirəm. Müsavatçılar
üçün normal şərait yaratmaq lazımdır. Yoxsa “qapı açıqdır, get” nə
deməkdir? Bura müəssisədir, yoxsa idarədir? Vurğun Əyyubu, Qubad
İbadoğlunu, Ellada Məmmədlini dolayı yolla hakimiyyətə bağlamaq
ədalətsizlikdir. “Kim mənim fikrimi demir, deməli, kənardan
tapşırıq alıb, hakimiyyətlə bağlıdır” demək mümkün deyil.
Hakimiyyətə işlədiyimizə eyham vurulursa, o zaman İsa Qəmbər
indiyədək hara baxırmış? Necə ola bilər ki, Müsavatın 50 faizi
hökumətə işləyir? Partiyanın strukturlarının niyə xəbəri yox imiş?
Məni hakimiyyətdən tapşırıq almaqda ittiham edirlər, onda necə 8 il
Səbail rayon təşkilatına sədr olmuşam, İsa Qəmbər məni niyə müşavir
qoymuşdu? Nüşabə Sadıqlı bunu nəyə əsaslanıb deyir? Fakt ortaya
qoysun. Onda mən də deyim ki, Nüşabə xanım Cənubi Afrikaya işləyir?
Belə şey olarmı? 20 ildən çox çiyin-çiyinə çalışmışıq, hər şeyin
sərhədi var. Bu, qırmızı xətti keçməkdir”.
H. Məlik Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan
Demokratiya və Rifah (ADR) hərəkatında təmsil olunacağını
bildirib.
Asif Nərimanlı
-
Sosial23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO