Nida.az
Qənirə Paşayeva Asiya Parlament Assambleyasının prezidenti ilə görüşüb
Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasını və sədrini Ermənistana daha sərt təzyiqlərə çağırıb.
Asiya Parlament Assambleyasının son günündə millət vəkili Qənirə Paşayeva çıxış edərək təşkilatı və onun sədrini Ermənistana qarşı daha sərt təzyiqlərə və azərbaycanlı girovların azadlığı istiqamətində bir sədr kimi addımlar atmağa çağırıb. Ermənistanın apardığı etnik təmizləmə siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalizm aktları, tarixi, mədən, dini abidələri, qəbiristanlıqları dağıtması, 1 milyon azərbaycanlı qaçqın və məcburi azərbaycanlı köçkünün evinə dönməsinə imkan verməməsi, əsir və girovlara qarşı törətdikləri vandalizm aktları və bu gün də iki azərbaycanlını Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam etmələri kimi qeyri-insani əməllərdən danışan millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasını və təşkilatın sədri S.N.H.Bokharini Qarabağ problemi ilə bağlı Ermənistana qarşı sərt addımlar atmağa, təzyiqlər göstərməyə və girovların azad edilməsi üçün lazımı dəstəyi əsirgəməməyə çağırıb.
Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyası Prezidentinə tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan Milli Kişi Geyimini və Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ və Xocal Soyqırımı həqiqətlərini özündə əks etdirən kitab, film və materialları hədiyyə edib və Asiya Parlament Assambleyasının rəhbəri ilə fikir mübadiləsi zamanı ona Azərbaycanın inkişafı, görülən işlərlər bağlı geniş məlumatlar verib.
Təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın getdikcə daha da genişlənməsindən məmnun olduğunu deyən Asiya Parlament Assambleyasının prezidenti S.N.H.Bokhari bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını təcili azad etməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin təcili öz evlərinə dönməsinə imkan verilməsi, azərbaycanlı girovların azad edilməsi məsələsində hər zaman Azərbaycanın yanındayıq və beynəlxalq normalara əsaslanan bu prinsipial mövqe hər zaman davam edəcək və dəyişməyəcək. Görüşdə Asiya Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi ilə bağlı fikir mübadiləsi da aparılıb.
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım