Nida.az
AXCP-dən Mirmahmud Mirəlioğlu açıqlaması
“İctimai Palatanın son mitinqi “Eurovision” musiqi yarışması öncəsi Azərbaycanda siyasi azadlıqların olmadığına dair dünyaya mesaj idi. Kimsə bunu başqa istiqamətə yozmağa çalışırsa, yəqin ki, öz sözünü demir”. Bunu Publika.Az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı KXCP sədri Mirmahmud Mirəlioğlunun xarici diplomatların İctimai Palataya gəlişinə münasibətini şərh edərkən bildirib.
Mətbuata son açıqlamasında İctimai Palata haqqında fikir bildirmək
niyyətində olmadığını deyən KXCP sədri əcnəbi diplomatların
müxalifətçilərlə görüşə hansı missiya ilə getdiyini belə izah edib:
“Qarşıdan “Eurovision” müsabiqəsi gəlir. Bunun üçün də ölkədə
ictimai-siyasi sabitlik olmalıdır. Keçirilən son mitinqlər də
ölkədə demokratik haqların necə bərqərar olduğunu göstərmək üçün
bir fürsət oldu. Bu baxımdan, yəqin ki, həmin səfirlər İctimai
Palataya təşəkkür etməyə getmişdilər”.
AXCP funksioneri Fuad Qəhrəmanlı İctimai Palatanın son mitinqini
Azərbaycanda olan narazılıqların beynəlxalq aləmə çıxarmaq
baxımından bir fürsət adlandırıb: “İctimai Palatanın son iki
mitinqi bir daha göstərdi ki, Azərbaycan hakimiyyətindən narazı
insanlar mübarizəyə hazırdırlar. Biz həm də bununla “Eurovision”
müsabiqəsi öncəsi beynəlxalq aləmə Azərbaycanda insan haqlarının
bərbad durumda olduğunu nümayiş etdirdik.
İctimai Palatanın dəvətini qəbul edib, qurumun tədbirinə qatılan
diplomatik korpusun nümayəndələrinin də əsas məqsədi vəziyyətlə
daha ətraflı tanış olmaq idi. Səfirlərin İctimai Palatanın
tədbirinə qatılmasına hakimiyyət daxilindən sərt reaksiya gəlib.
Əgər bu gün kimlərsə, o cümlədən Mirmahmud Mirəlioğlu bundan
narahatlıq keçirirsə, görünür, iqtidarla eyni mövqeni bölüşür”.
Azər Niftiyev
Publika.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR