Nida.az
Azərbaycan Avrasiya İttifaqına qoşulmağa favorit ölkədir? - İDDİA
Dünən Milli Məclis Azərbaycan və Rusiya hökumətləri arasında “İnvestisiyaların qarşılıqlı müdafiəsi və dəstəyi haqqında” Sazişi təsdiq etdi.
Məlumatlara görə, ötən il Azərbaycan Rusiyaya 250 milyon, qarşı tərəf isə Azərbaycana 200 milyon investisiya yatırıb. Son illər Rusiyanın Azərbaycana kapital qoyuluşu 1,8 milyard dollar həcmində qiymətləndirilir. Son 10 ildə Azərbaycanın Rusiya iqtisadiyyatına yatırdığı investisiya isə 1 milyard dollar dəyərindədir.
İki ölkə arasındakı tarixi münasibətlərlə yanaşı, son dövrlər
Qərb-Rusiya qarşıdurması fonunda qarşılıqlı yaxınlaşma diqqət
çəkir. Rəsmi Bakı öz böyük qonşusu ilə milli maraqları çərçivəsində
münasibətlər qurur, Moskva da Azərbaycanın bölgədəki dəyərinə
qiymət verir.
Publika.az xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB və Avrasiyaya inteqrasiyası məsələləri üzrə komitəsinin rəhbəri Leonid Slutskiy iki ölkə arasındakı münasibətləri partnyorluq kontekstində qiymətləndirir: “Azərbaycanla bizim həmişə iqtisadi partnyorluğumuz var idi, bundan sonra da olacaq. Həm parlamentlərarası münasibətlərdə, həm də digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq genişlənir. Bakı Moskva üçün xüsusi məna kəsb edir. Buna görə də biz Bakıyla sıx bağlıyıq”.
Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkən komitə sədri bunun təkcə
Azərbaycan üçün yox, dünya ictimaiyyəti üçün də xüsusi problem
olduğunu dilə gətirib: “Bu gün Azərbaycan və Ermənistan, eləcə də
bütün dünya üçün Qarabağ probleminin nizama salınması vacibdir.
Münaqişənin həlli istiqamətində Minsk qrupunun həmsədrləri, XİN
başçıları işləyir. Lakin daim qaynayan münaqişə artıq adi
vətəndaşlara və bu vətəndaşların seçdiyi parlamentlərə də toxunur.
Bu olduqca incə və həssas materiyadır”.
Regional problemlər üzrə institutun direktoru Dmitri Juravlyov
Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil hərəkət etməsi
faktoruna diqqət çəkib. Onun sözlərinə görə, başqa ölkələrlə
münasibətdə Bakı bir neçə amilə diqqət yetirir: “Birincisi, enerji
faktoruna əsaslanan iqtisadi inkişaf, ikincisi post-sovet
ölkələrində yaxşı əlaqələrə malik olmasıdır. Heydər Əliyev təkcə
Azərbaycanın rəhbəri olmayıb. O, SSRİ-nin rəhbərlərindən biri idi.
Onun sovetlər vaxtı, ondan sonrakı dövrlərdə də rolu böyük idi.
Azərbaycan bundan həmişə istifadə etmək imkanına malikdir. Digər
tərəfdən, Azərbaycan-Ermənistan münaqişəsi fonunda Bakı İrəvana
dəstək verən Moskva ilə münasibətlərini pozmadı. Bu da diqqətçəkən
amildir”.
Onun sözlərinə görə, Azərbaycan Avrasiya İttifaqına qoşulmağa
favorit ölkələrdəndir: “Lakin qərarı Bakı özü verəcək. Ola bilsin
ki, bu, yaxın müddətdə baş verməyəcək. Ola bilsin çox gec baş
verəcək, yaxud ümumiyyətlə olmayacaq. Amma Azərbaycan iqtisadi
əməkdaşlığa xüsusi önəm verir”.
Asif Nərimanlı
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım