Nida.az
Müsavatda Məclis sədri İsa Qəmbər olacaq?
“Müsavat Məclisinin sədri İsa Qəmbər olmalıdır”.
Bunu Publika.az-a açıqlamasında Müsavat üzvü,
keçmiş başqan müşaviri Hüseyn Məlik deyib.
Onun sözlərinə görə, İsa Qəmbər özü istəsə, Məclis sədri ola bilər:
“Fikrimcə, onun Məclis sədri olması partiyada baş verən
problemlərin həllində müsbət rol oynaya bilər. Bu post partiya
rəhbərliyində ikinci şəxs deməkdir. İsa Qəmbər hazırda kənarda
qalıb, lakin müəyyən mənada baş verənlərlə əlaqəsi var. Onun
konkret olaraq rəhbərlikdə təmsil olunması yeni rəhbərliyin
əl-qolunu bir qədər kəsəcək”.
Keçmiş başqan müşaviri hesab edir ki, Arif Hacılı İsa Qəmbərin
rəhbərlikdə təmsil olunmasının qarşısını ala bilməz: “Çünki İsa bəy
əsas söz sahibidir. İstədiyini edə bilər. Sadəcə olaraq, bunu
istəməlidir. Onun Məclis sədri olması indiki situasiyada hamımızın
xeyrinə olar”.
Müsavatdan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy isə
Publika.az-a açıqlamasında Məclis sədrinin Arif
Hacılıya yaxın şəxs olacağını bildirib: “Arif Hacılı öz adamını
Məclis sədri edəcək. Çünki bu çox mühüm postdur. Belə bir posta
başqasının gətirməyin onun ziyanına olacağını düşünür. Ona görə də
hər vəchlə bu postu öz təsiri altına alacaq”.
S. Əlisoy Arif Hacılıya təklif edib ki, Məclis sədrliyinə qardaşı
Mustafa Hacıbəylini gətirsin: “Bununla da hər şey tamamlansın. Əgər
o, belə cəsarətli addım atsa və qardaşı Mustafanı Məclis sədrliyinə
gətirsə, ona hər şeyi etiraf etdiyi üçün təşəkkür edərəm”.
Qeyd edək ki, Müsavatda Məclis sədrliyinə seçkilər dekabrın 27-də
baş tutacaq. Hazırkı sədr Arzu Səmədbəyli namizədliyini vermək
niyyətində olmadığını açıqlayıb. Bu posta iddialılar arasında
Gülağa Aslanlı, Osman Kazımov, Tural Abbaslı, Mustafa Hacıbəyli və
bir neçə şəxsin adı çəkilir.
Asif Nərimanlı
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var