Nida.az
Sülhəddin Əkbər: “Dedi-qodu müxalifətə olan inama ciddi zərbə vurur”
“Dedi-qodu və intriqalar xalqın müxalifətə olan inamına ciddi zərbə vurur. Bundan da hamımıza pay düşür”.
Bunu Publika.az-a açıqlamasında Azad Demokratlar Partiyasının
(AzDP) sədri Sülhəddin Əkbər müxalifətdəki son durumlara münasibət
bildirərkən deyib.
S. Əkbər Müsavatla AXCP arasında uzun illərin davam edən
qarşıdurmaya da münasibət bildirib: “Bu partiyalar arasında
intriqaların kökü Azərbaycan milli azadlıq hərəkatına gedib çıxır.
Bildiyiniz kimi, milli azadlıq hərəkatının bir təşkilatı var idi -
Azərbaycan Xalq Cəbhəsi. Yəni yalnız bir siyasi təşkilat var idi.
İndi sizin nəzərdə tutduğunuz partiyalar və onların liderləri də bu
qurumda təmsil olunurdu. Həmin vaxt da fikir ayrılıqları,
ziddiyyətlər mövcud idi. Lakin çoxpartiyalı sistem formalaşmadığı
üçün bu ziddiyyətləri yoluna qoymaq mümkün olurdu. Həm də
Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy həyatda
idi və onun nüfuzu bir çox məsələləri həll edirdi. Sonradan
Azərbaycan Xalq Cəbhəsindən siyasi partiyalar çıxmağa başladı.
Əslində bu normal proses idi və ölkədə çoxpartiyalı sistemin əsası
qoyulurdu. Bir təşkilat daxilindən çıxan partiyalar ayrıldıqca
onlar arasında ziddiyyətlər kəskinləşirdi”.
AzDP sədri hesab edir ki, eyni siyasi düşərgədən çıxan qüvvələr
arasında mübarizə düşərgələr arası mübarizədən kəskin olur.
“Bu baxımdan illərdir yığılan fikir ayrılıqları, ziddiyyətlər,
şəxsi münasibətlərdə olan durum və digər faktorların hamısı bunun
üçün mənəvi-psixoloji zəmin yaradır. Elektoratın bir olması və onun
uğrunda da mübarizənin aparılması əslində normal prosesdir. Sadəcə
olaraq, Azərbaycanda çoxpartiyalı sistemin tarixi və ənənəsi təzə
olduğu üçün bu münasibətlər təbii şəkildə tənzimlənmir. Bu təbii
tənzimləmədən keçmədiyindən vəziyyət mürəkkəbləşir, siyasi qüvvələr
arasında konfrantasiya güclənir. Mən bu vəziyyətdən çıxış yolunu
seçki prosesində, siyasi normallaşmada görürəm. Şübhəsiz ki,
seçkidə xalqın səsini alanlar irəli keçəcək, ala bilməyənlər
müxalifətdə olacaq. Lakin görünən budur ki, indi dedi-qodu və
intriqalar səviyyəsinə düşən proses davam edəcək. Bu xalqın
müxalifətə olan inamına ciddi zərbə vurur, bundan da hamımıza pay
düşür. Ona görə də, indi yaranan vəziyyət bizim hamımızı narahat
edir”, - deyə S. Əkbər vurğulayıb.
Asif Nərimanlı
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…