Nida.az
Məzahir Pənahov: “Seçki pozuntuları haqda dərhal tədbir görüləcək”
“MSK-ya indiyə qədər sorğu xarakterli müraciətlər daxil olub. Lakin heç bir şikayət edilməyib”.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə
açıqlamasında deyib.
MSK sədri sosial şəbəkələrdə seçki saxtakarlığı ilə bağlı yayılan
videogörüntülərə də münasibət bildirib: “Mənə həmin
videogörüntüləri göstəriblər. Bununla bağlı araşdırma aparmaq
lazımdır. Lakin hələlik bu məsələ haqda da bizə şikayət daxil
olmayıb”.
M. Pənahov seçki prosesinin normal keçdiyini bildirib: “MSK
tərəfindən azad şəkildə səs vermək üçün lazım olan tədbirlər həyata
keçirilir. Yerlərlə fasiləsiz əlaqə saxlayırıq. İndiyə qədər
seçkilərin nəticələrinə təsir edəcək xoşagəlməz hadisə qeydə
alınmayıb. Əgər hansısa pozuntu haqda məlumat daxil olsa, dərhal
araşdırılıb lazımi tədbirlər görüləcək. Hazırda seçki fəallığı da
yüksəkdir. Bu ilki bələdiyyə seçkiləri ötən bələdiyyə seçkiləri ilə
müqayisədə seçici fəallığı ilə fərqlənir. Misal üçün, ötən
bələdiyyə seçkilərində səhər saat 10:00-na olan fəallıq 8 faiz
idisə, bu ilki seçkilərdə 10 faizdən artıqdır. Saat 13:00-a olan
məlumata görə, seçici fəallığı 20 faizdən çoxdur. Göründüyü kimi,
cəmiyyət tərəfindən seçkilərə maraq yüksəkdir. Bu seçkilərdə 1607
bələdiyyəyə 15035 üzv seçməliyik. Namizədlərin sayının 37077 olması
yüksək göstəricidir”.
MSK sədri işğal altında olan rayonlarda seçki keçirilmədiyini də qeyd edib.
M. Pənahov seçki bitəndən sonra ilk olaraq daşınan qutuların
açılacağını diqqətə çatdırıb.
“Daşınan qutulara nəzarəti aşağı seçki komissiyaları və mətbuat
nəzarət etməlidir. Bununla bağlı edilən müraciətlərdə konkret hər
şey göstərilib. KİV nümayəndələri üçün bütün şərait yaradılıb.
Axşam seçkinin sonunda da ilk olaraq daşınan qutular mətbuat
nümayəndələrinin iştirakı ilə açılacaq”, - deyə MSK sədri
vurğulayıb.
Anar Tağıyev
-
Sosial19:15
Cəsarət Valehova yeni vəzifə verildi? - YENİLƏNDİ
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı