Nida.az
“Ermənistan müharibəni yenidən alovlandırmaq istəyir”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov dekabrın 26-da cəbhə xəttində Ermənistanın diversiya qruplarının təxribat cəhdlərinin qarşısının alınmasına münasibət bildirib.
YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, 2014-cü ildə Ermənistanın müxtəlif diversiya və təxribat qrupları cəbhə xəttində mütəmadi olaraq fəaliyyətlərini davam etdiriblər.
Onun sözlərinə görə, Ukrayna hadisələri başlanandan bəri Ermənistan tərəfi mütəmadi olaraq atəşkəs rejimini pozur: “Ancaq nəticədə Azərbaycan silahlı qüvvələri bütün bu cür təxribatların qarşısını alıb və mövcud təhlükələri aradan qaldırıb. Bütün bunlar Ermənistanın atəşkəs rejimini pozaraq, müharibənin yenidən başlanmasına cəhdləridir. İşğalçı dövlət bu prosesə digər dövlətləri də qoşmaq istəyir. Amma Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün qorunması yüksək səviyyədə hazırlıqlıdır. Son baş verən təxribat cəhdlərinin də qarşısının uğurla alınması bunun bariz nümunəsidir. Azərbaycan ordusu bundan sonra da hər bir təxribatın və düşmən hücumunun qarşısını qətiyyətlə alacaq. Buna heç kəsin şübhəsi olmasın. Çünki Azərbaycan Silahlı Qüvvələrinin hərbi və texniki təchizatı, hazırlığı və hərbiçilərimizin döyüş əhvali-ruhiyyəsi ən yüksək səviyyədədir. Azərbaycan hərbçiləri Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad olunması istiqamətində verəcəyi hər bir əmrin icrasına tam hazırdır”.
Vasif Həsənli
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri