Nida.az
Bakıdan qisas günü: siyasi müdaxilələr necə kamuflyaj ediləcək?
12 yanvar – bu gün rəsmi Bakıdan qisas almaq gündür. Vaşinqtonda bu günə təyin olunan Azərbaycanla bağlı dinləmələri məhz belə adlandırmaq olar.
Publika.az xəbər verir ki, dinləmələr ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən “Azərbaycanda müstəqil səslərin susdurulması” adı altında təşkil olunacaq.
“Bu gün Azərbaycanda müxalif düşüncəli insanlara qarşı görünməmiş
miqyasda repressiyalar həyata keçirilir, jurnalistlərin, hüquq
müdafiəçilərinin, fəalların həbsi qorxu atmosferi yaradır. Yaranmış
vəziyyət bizi belə bir tədbir təşkil edib durumu müzakirə eləməyə
və ondan çıxış yolu tapmağa vadar edir”, - deyə NED rəsmi saytında
iddia edib.
Ritorika təəccüblü deyil: insan haqları, demokratiya, söz azadlığı,
müasir dünya nizamında siyasi müdaxilələr üçün əsl kamuflyaj üçün
vacib ifadələrdir.
Bu gün keçiriləcək dinləmələri təşkil edən təşkilatın vaxtilə
Azərbaycandakı fəaliyyətinə nəzər salaq, bunun Azərbaycandan əvəz
alınması üçün atılan addım olduğunu hesab etmək mümkündür.
Dinləmələrlə bağlı ilk xəbər yayılanda yanvarın 6-da Publika.az da
bu barədə yazmışdı (http://publika.az/p/59721).
Araşdırmalar göstərir ki, bu dinləmələrin alt qatında məhz insan azadlığı kimi pafoslu məqamlar dayanmır.
NED 2013-cü ilə qədər Bakıda fəaliyyət göstərib. Azərbaycanda qrant
layihələri həyata keçirən fond xüsusilə gənclərlə bağlı məsələlərə
həssas yanaşırdı və bu kənardan olduqca humanist görünürdü. Lakin
hər ötən il media tərəfindən aşkarlanan faktlar bu təşkilatın bir
sıra Qərb QHT-si kimi Azərbaycanda “5-ci kalonun” formalaşmasına
kapital yatırdığını göstərdi.
Azərbaycanda Avrasiya və Rusiya üzrə nümayəndəliyi vasitəsilə
fəaliyyətini quran fond haqda beynəlxalq ekspertlərin də fikri
birmənalı deyil. Misal üçün, bu təşkilatın ABŞ-ın kəşfiyyat
xidmətləri ilə paralel şəkildə ilə işlədiyinə dair fikirlər
var.
Fondun Azərbaycanda qrant ayırdığı şəxslərə və təşkilatlara diqqət yetirdikdə bir çox nüanslar ortaya çıxır.
Fond 2003-2013-cü illəri əhatə edən 10 il ərzində Azərbaycan QHT-lərinə 3 milyon 500 min dollar həcmində 78 qrant ayırıb. Bu məbləğin 2 milyon 300 min miqdarında böyük hissəsinin 2010-2013-cü illərdə ayrılması da diqqətdən yayınmır. Ayrılan vəsaitlər əsasən müxalifətyönümlü KİV-lərə, qurumlara, QHT-lərə şamil olunub. NED fəaliyyəti dövründə bir dəfə də olsun qaçqın və məcburi köçkünlərlə bağlı layihələrə kapital yatırmayıb.
Fondun dəstəklədiyi təsisatlara bunlar daxildir: “Açıq Fikir
Universiteti”, “Turan” agentliyi, müxalifətçi “Obyektiv TV”
internet telekanalı, Anar Məmmədlinin sədrlik etdiyi Seçkilərin
Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, İnsan Haqları Klubu,
Könüllülərin Beynəlxalq Əməkdaşlıq Mərkəzi və Leyla Yunusun
rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu.
Bu maliyyələrin QHT-lər üzərindən siyasi partiyalara ötürülməsinə
dair də iddialar mövcuddur.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
“İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı
məqaləsinin ölkədə “5-ci kalonun” formalaşması istiqamətində
çalışan təşkilatlara həsr olunmuş hissəsində NED-in də adı keçir,
onun hansı layihələrə nə qədər və hansı məqsədlə qrant ayırdığı
ifşa olunur.
Ehtimallar var ki, dinmələrdə ABŞ Dövlət katibinin köməkçisinin
müavini Tomas Melia da iştirak edəcək. Melia Azərbaycana qarşı daim
sərt çıxışları ilə seçilir. Lakin indiki geosiyasi situasiyasında
Melianın Bakıya qarşı sərt çıxışları iki ölkə arasında gərginliyin
daha da kəskinləşməsi baxımından Vaşinqtonun da maraqlarında ola
bilməz. Nələrin baş verəcəyini görmək üçün günün sonunu gözləmək
lazımdır.
Bütün hallarda isə yaranmış situasiya NED üçün yaxşı fürsətdir.
Təşkilat rəsmi Bakıdan qisas almaq niyyətindədir.
Asif Nərimanlı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”