Nida.az
“Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq ədalətə söykənir” - XİN
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub.
Publika.az xəbər verir ki, bu fikirlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Rusiyada Qarabağ bölgəsi ilə bağlı son günlərdə səsləndirilən fikirlərə dair şərhində yer verilib.
Qeyd olunub ki, bununla əlaqədar diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qabuledilməzliyi barədə Rəsmi Bakının mövqeyi və bunun dayandırılmasına dair gözləntiləri Rusiya Prezidentinin Administrasiyasının, hökumətin və XİN-in diqqətinə çatdırılıb.
"Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir. Belə ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.
Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub", - XİN-dən vurğulanıb.
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb.
Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq", - şərhdə qeyd edilib.
-
Hadisə20:12FHN sel təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
-
ABŞ19:48İrandakı müxaliflərə silah göndərilib, amma... - Tramp ETİRAF ETDİ
-
Ekologiya17:20Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
ABŞ17:10ABŞ İranla müharibədə neçə təyyarə itirib? - CNN hərbi sirri yaydı
-
Region16:51Bu ölkədə əhali 40 günə yaxındır ki internetsiz qalıb
-
Hadisə14:42Nazir Badamdardakı sürüşmə sahəsinə getdi - Video
-
Magazin214:10"Kızılcık şerbeti"nin aktyoru: "Bəzən insanlar məni azərbaycanlı hesab edirlər"
-
Hadisə13:35Nazir müavini Keşlədə subasma olan yerə gəldi - Video




































