DÇ-2026: Fransa Mərakeşi məğlub edərək ilk yarımfinalçı oldu - YENİLƏNDİ
Bizi izləyin

İdman

DÇ-2026: Fransa Mərakeşi məğlub edərək ilk yarımfinalçı oldu - YENİLƏNDİ

DÇ-2026: Fransa Mərakeşi məğlub edərək ilk yarımfinalçı oldu - YENİLƏNDİ

Futbol üzrə dünya çempionatında Fransa Mərakeşə qalib gəlib.

Publika.az xəbər verir ki, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.

"Xoruzlar"ın heyətində Kilian Mbappe (60) və Usman Dembele (66) fərqləniblər.

Yarımfinala yüksələn Fransa seçməsi bu raundda İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.

xxx

01:41

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 2:0.

66-cı dəqiqədə Usman Dembele fərqlənib.

xxx

01:27

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyununda ilk qol vurulub.

Publika.az xəbər verir ki, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar hesabı açıblar - 1:0.

60-cı dəqiqədə Kilian Mbappe baxımlı qola imza atıb.

xxx

00:00

Futbol üzrə dünya çempionatının Fransa - Mərakeş oyunu başlayıb.

Publika.az xəbər verir ki, 1/4 final mərhələsinin matçı Boston stadionunda keçirilir.

Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm