Sosial
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınadı
Avropa Parlamentinin (AP) Türkiyəyə qarşı qərəzli iddialar və əsassız qiymətləndirmələr ehtiva edən qərar və hesabatları rəsmi Ankara tərəfindən birmənalı olaraq rədd edilir.
Publika.az Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, növbəti qərar hərbçilərə aid olub və Ankara tərəfindən yenə qınanıb.
"Avropa Parlamentində (AP) qəbul edilən, Türk Silahlı Qüvvələrinə qarşı əsassız və ağılasığmaz iddialar ehtiva edən qərar "yox hökmündə"dir. Qərar haqqında Şimali Kiprin XİN-i tərəfindən verilən açıqlamaya tam dəstək veririk", - bəyanatda bildirilib.
Qeyd olunub ki, özündə böhtanlar ehtiva edən sözügedən qərar Avropa İttifaqının (Aİ) və xüsusən də AP-nin Kipr məsələsi ilə bağlı müəyyən dairələrin təsiri altında mənimsədiyi qərəzli və təhrif olunmuş yanaşmadır: "Aİ orqanlarının Kipr məsələsinə münasibətdə tarixi reallıqlardan və bitərəflikdən getdikcə uzaqlaşan bir yanaşma nümayiş etdirməsini narahatverici hesab edirik".
Xatırladaq ki, AP-də Türkiyə Silahlı Qüvvələrinin Kipr adasından çıxarılmasını tələb edən qətnamələr qəbul olunur.
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman14 Avqust 19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq




















.jpg)

.jpg)












