Nida.az
Abbasov – Sadıqov savaşının yeni detalları: məktub yetişmədi – ÖZƏL
Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni
Muxtariyyəti – “Azerros”da çat özünü açıq şəkildə büruzə verir.
Yanvarın 17-də qurumun fəxri sədri Söyün Sadıqov Ağsaqqallar
Şurasının sədri Abbas Abbasova qarşı çıxaraq növbədənkənar qurultay
keçirdi. Qurultayda Abbasovun adamı olan Asif Məhərrəmov
prezidentlikdən uzaqlaşdırıldı.
Söyün Sadıqovun keçmiş silahdaşı Abbasova qarşı çıxması haqda artıq yazmışıq. Burda əsas səbəb Sadıqovun Rusiya prezidenti yanında Millətlər Şurasından uzaqlaşdırılmasında ikincini günahlandırması ilə başlayıb. Hər şey martın 6-da Abbasovun keçirəcəyi qurultaya bağlıdır. Əslində həmin tarixdə Abbasovun digər qrupu qeyri-legitim elan edəcəyi indidən bəllidir.
Dünən “Yeni Müsavat” qəzetində yayılan məlumat Abbasov-Sadıqov
qarşıdurması fonunda diqqət çəkdi. Qəzet Sadıqov qrupunun Rusiya
prezidenti Vladimir Putinə müraciət etməyə hazırlaşdığını
yazıb.
“Azərbaycanlılar mövcud durumla bağlı Rusiya prezidenti Vladimir
Putinə müraciət ünvanlamağa, bu müraciətdə təşkilat və diaspora
daxilində “Rusiyanın imicinə xələl gətirən” konfliktin mahiyyətini
onun diqqətinə çatdırmağa hazırlaşırlar” - deyə qəzetə danışan
mənbə bildirib.
Publika.az “Azerros”-a yaxın mənbədən bu məsələni və qurumdaxili
qarşıdurmadakı son prosesləri dəqiqləşdirməyə çalışıb.
Mənbə Söyün Sadıqov və qrupunun Putinə müraciət hazırladığı
xəbərini təsdiq edib: “Hətta müraciətdə “baş verənlər Rusiya
azərbaycanlılarının Vladimir Putinə olan inamına zərbə vura bilər.
Bu zərbə hökumətin inandığı adamlar tərəfindən endirilə bilər”
sözləri yazılıb. Sadıqov müraciətdə Vladimir Putinə olan inamı və
vaxtilə Rusiya maraqları naminə göstərdiyi xidmətləri sadalayıb.
Lakin o, prezidentin Abbasovla müqayisədə ona inanmayacağını yaxşı
bilir. Digər tərəfdən, əsas sual budur: “Putinin yaxın adamları
belə bir müraciətin ona çatmasına imkan verəcəklərmi?” Müraciətdə
“Bu zərbə hökumətin inandığı adamlar tərəfindən endirilə bilər”
sözləri Putinin Abbasova dəstək verən yaxın ətrafına işarədir.
Onlar müraciətin ünvana çatacağı təqdirdə, Rusiyanın birinci
şəxsinin bundan xəbər tutmasını istəyərək bu sözləri yazıblar”.
Mənbə Rusiya Federasiyasının Abbas Abbasov kimi varlı və müəyyən
xidmətləri olmuş adamdan vaz keçəcəyinə inanmır. Onun sözlərinə
görə, Söyün Sadıqov artıq Putinin etibarlı təmsilçisi imtiyazından
məhrum olub: “Lakin o, müxtəlif yollarla Kremlin gözünə girməyə
çalışır”.
Mənbə Abbasovun olduqca güclü olduğunu xüsusi vurğulayır.
“Asif Məhərrəmovun onun yanında olması gücünə əlavə güc qatır.
Məhərrəmov Rusiya Daxili İşlər Nazirliyinin polkovniki olub.
Vaxtilə Moskvaətrafı rayonlardan birində yerləşən 6 saylı Polis
İdarəsinin rəisi idi. Sistemdə kifayət qədər tanıdığı adam var.
Yanvarın 17-də keçirilən qurultaya polisin müdaxiləsi də onun əli
ilə olmuşdu. Bu, Abbasovun Sadıqova nisbətən hüquq-mühafizə
orqanlarına daha yaxın olması deməkdir” deyə məlumatda
bildirilir.
Ən ilginc məqamsa Kremlin Abbasovu dəstəklədiyi halda, Sadıqov
qrupunun növbədənkənar qurultay keçirməsinə imkan verməsidir.
Publika.az-ın yaydığı məlumata görə, qurultay zamanı elektriklər
kəsilib, polis tədbirə müdaxilə etmək istəyib (http://publika.az/p/61452). Buna
baxmayaraq, tədbir baş tutmuş hesab edilir. Görünür, son anda
Kremldən “stop” əmri verilib.
Mənbə Kremlin seyrçi mövqeyi ilə bağlı maraqlı məlumat
açıqlayıb.
“Əslində “Azerros”un bölünməsi ümumi mənada Moskvaya xeyirdir.
Söyün Sadıqova sona qədər maneə yaradılmaması da bununla bağlıdır.
Çünki Abbasov Kremlə nə qədər yaxın olsa da, Rusiyadakı
azərbaycanlılara onun təkbaşına nəzarət etməsi sərf etmir. Buna
görə də Moskva özünün yaratdığı “Azerros”u Sadıqovun parçalamasına
göz yumur. Sadıqov qruplaşması zəif olmasına baxmayaraq, təşkilatı
yarımcan etməyə yetərli olacaq. Qurum parçalanacaq və heç bir tərəf
güclənə bilməyəcək. Daim bir-birinə qarşı ittihamlar irəli sürəcək,
hər biri digərindən daha güclü olmaq uğrunda mübarizə aparacaq.
Moskvanın ssenarisi belədir”, - məlumatda qeyd edilir.
Asif Nərimanlı
-
Magazin123:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA