Nida.az
Komitə sədri: “Üzr istəyirəm, bu cür “dana”lar haradan gəlib?”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı Dövlət Yol Polis İdarəsinin (DYP) bir sıra əməkdaşlarının xidməti mədəniyyətsizliyi və məsuliyyətsizliyi ilə bağlı çıxış edib.
Publika.az-ın məlumatına görə, E.İbrahimov deyib ki, bir sıra yol polis əməkdaşları deputatları nəinki tanımır, hətta tanıdığı halda belə ona qarşı mədəniyyətsizlik nümayiş etdirir: “Yol polis əməkdaşından soruşun ki, Milli Məclisin avtomobillərinin nömrəsi haradan başlayır, harada qurtarır? Prezident Administrasiyasının nömrələri haradan başlayır, haradan qurtarır. Məni maşına görə tanıyırsız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimovam. Avtomobil nömrəm “10-AA-409”dur. Polis bilməlidir ki, bu hansı orqanın avtomobilidir. Bilməlidir ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, buyurub keçin və sairə. Ancaq bizim polislərdə bu mədəniyyət çatmır. Bununla bağlı mənə çox şikayətlər olur. Hətta öz başıma da gəlib, məni də saxlayıblar. Polisə Milli Məclisin deputatlıq vəsiqəsini göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu vəsiqədən hamıda var. Deyirəm, a kişi, bundan yalnız 125 deputatda var. Üzr istəyirəm, bu cür “dana”lar haradan gəlib?
Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salınmalıdır ki, deputat, prezident, baş nazir kimdir. Yəqin ki, bunlar məhkəmə şurası üzvlərini də tanımır. Mən arzu edirəm ki, bunlar olmasın. Mən demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq. Amma onlara başa salmaq lazımdır ki, bizə küçədə qanunsuzluq edən insanlar kimi yanaşmasınlar”.
Vasif Həsənli
-
Avropa09:34Putinin sözləri təşviş yaratdı: Bu ölkə “ən pis ssenari”yə hazırlaşır
-
Magazin208:24Conni Deppə şok: Cek Sərçə yeni filmdə ikinci plana keçirilir
-
Sosial07:55Şuşanın kəndlərinə köç karvanları yola salındı
-
Dünya05:15İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir













.jpg)






















