Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - İrəvanın beş illik planı
Bizi izləyin

Nida Təhlil

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - İrəvanın beş illik planı

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - İrəvanın beş illik planı

Ermənistanın baş naziri Nikol Paşinyan hədəfinin Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamaq və ratifikasiya etmək olduğunu elan edib. Bu, erməni baş nazirin sülhə sadiqliyi kimi görünə bilər, hərçənd, açıq qalan sual var: niyə 2031-ci il?

Ötən il paraflanan Azərbaycan-Ermənistan sülh sazişi layihəsinin bu ilin sonu, gələn ilin əvvəlində imzalanması gözləntisi vardı. İrəvan seçkidən dərhal sonra referendum keçirməli, sülh sazişinin önündəki konstitusiya əngəlini qaldırmalı, daha sonra proses yekunlaşdırılmalı idi. Lakin seçkidə Paşinyanın konstitusiya çoxluğu əldə edə bilməməsi referendumun keçirilməsini sual altına salıb. Rəsmi İrəvan daha öncə referendum üçün maneənin aşılması yollarının axtarıldığını bəyan etmişdi, indi isə Paşinyan yekun sülh sazişini imzalamaq üçün daha 5 il vaxt istəyir.

Bu, Paşinyanın hakimiyyət ambisiyalarını təmin etmək üçün zaman qazanmaq planı kimi görünür. Çünki yekun sülh sazişinin imzalanmasından sonra onun hakimiyyətinin risk altına düşməsi ehtimalları var.

Birincisi, Ermənistan cəmiyyətində müharibədən sonra yenidən güclənməyə başlayan (son parlament seçkilərinin nəticələri bunu təsdiq edir) revanşistlər sülh sazişini daxili ictimaiyyəti səfərbərlik etmək üçün istifadə edə bilərlər;
İkincisi, Paşinyan regionda sülhün əldə edilməsi amilinə görə ona verilən beynəlxalq dəstəyin proses tamamlandıqdan sonra azalması riskindən çəkinir;

Paşinyan beş ildə daxili riskləri nəzarətdə saxlamaq və beynəlxalq dəstəyin davam etməsini təmin etmək, 2031-ci il parlament seçkilərində də bu dəstəyi əldə edərək, növbəti müddətdə seçilmək istəyir. Mümkündür ki, erməni baş nazir 2031-ci il hədəfini parlamentdəki vəziyyətlə izah edəcək:

- parlamentdə konstitusiya çoxluğunun olmaması konstitusiya referendumunun keçirilməsini qeyri-mümkün edir;
- bu halda Azərbaycan ya növbəti seçkilərdə Paşinyanın parlamentdə mütləq çoxluğu əldə etməsi variantı üçün 5 il gözləməli, ya da yekun sülh sazişinin tez imzalanması üçün konstitusiyanın dəyişdirilməsi tələbindən geri çəkilməlidir: ki, İrəvan Bakının tələbindən imtina etməyəcəyini bilir, bölgədə davamlı sülhün də yolu bundan keçir;

Bu vəziyyət Ermənistan hakimiyyətinə beş illik beynəlxalq dəstəyi qarantiya altına alaraq, növbəti seçkilərdə də yenidən qalib gəlmək imkanı verir. Paşinyanın 2031-ci il planını belə qiymətləndirə bilərik. Hərçənd bu, nə Bakı, nə də Vaşinqtonun planına uyğun gəlmir, çünki bölgədəki şərtlərin dəyişməsi sülh prosesinin tamamlanmasını çətinləşdirə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm