Nida.az
Sorosdan qorxulu proqnoz: “Avropa Ukraynanı itirəcək”
“II Dünya müharibəsindən sonra Avropada və ətraf regionlarda yaranmış münaqişələr dünyanı hədələyir”.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə
“Soros” fondunun rəhbəri, dünyada “inqilab ixaracatçısı” kimi
tanınan Corc Soros Münhen təhlükəsizlik konfransında çıxışı zamanı
deyib.
Onun sözlərinə görə, bu münaqişələrə nəzarəti həyata keçirməli olan
ABŞ və Avropa Birliyinin başı bu gün daxili problemlərə qarışıb:
“Buna görə dünyada vakuum yaranıb. Bu vakuum regional və lokal
liderlər tərəfindən öz daxili problemlərini həll etmək üçün
istifadə olunur. Beləliklə, münaqişələr həll olunmur, əksinə daha
da çoxalır. 25 il öncə SSRİ dağılanda mən orda idim. O zaman Avropa
Birliyi ön plana çıxdı və inkişaf edirdi. İndi isə təəssüf ki,
Avropa Birliyinin özü dağılma prosesi ilə üz-üzədir. Avropa Birliyi
daha vahid deyil, əvəzində Rusiya özünü daha çox təsdiq edir”.
Sorosun fikrincə, Ukrayna münaqişəsindən sonra Rusiya daha
təcavüzkar siyasət yürüdəcək: “Çünki o özünü itirməmək üçün buna
məcburdur. Hazırda Rusiya və Qərb münasibətləri pozulub. ABŞ və
Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Buna cavab
olaraq, Rusiya ərzaq mallarının idxalını məhdudlaşdırdı. Avropa
Rusiyaya qarşı sanksiyaların Ukraynadakı böhranı həll etməyəcəyini
anlamalıdır. Avropa liderləri Kiyevə kömək edəcəklərini vəd
etmişdi, amma bu günə qədər heç bir yardım edilməyib”.
C. Soros Avropanın Ukraynanı itirəcəyini hesab edir.
“Bu gün Avropa Kiyevə lazımi dəstəyi vermir. Böyük ehtimalla,
Avropa Ukraynanı itirəcək. Bu, çox ağır itki olacaq”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu