Nida.az
BAXCP rəsmisi: “Nuland radikal düşərgəyə önəm vermədi”
“Nuland radikal siyasi düşərgə ilə görüşmədi O, yalnız bir neçə QHT sədri ilə görüşdü. Bu görüş də cəmi 20 dəqiqə çəkib. Bu 20 dəqiqəlik görüşdə Əli Kərimlinin də iştirakını vacib saymayıblar. Bu da ABŞ-ın Əli Kərimliyə münasibətidir. Ola bilsin ki, ABŞ rəsmisinin Əli Kərimli ilə görüşməməsinin səbəbi 2013-cü ildə Azərbaycanca keçirilən prezident seçkilərində Əli Kərimli və digərlərinin Rusiyanın layihəsi olan Milli Şuraya dəstək verməsi olub”.
Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin
müavini Niyaməddin Orduxanlı Amerika Dövlət katibinin müavini
Viktoriya Nulandın Bakıya rəsmi səfəri ilə bağlı danışarkən
deyib.
Onun sözlərinə görə, Nuland rəsmi şəkildə ABŞ-ın Azərbaycanda hər
hansı bir inqilab etmək niyyətində olmadığını bəyan etdi: “O
bildirdi ki, “rəngli inqilab” o vaxt ola bilər ki, hökumətlə
vətəndaş cəmiyyəti arasında uçurumlar olsun. Azərbaycanda
inqilabdan söhbət gedə bilməz”. Bu xanım ötən il Kiyev küçələrində
maydançılara öz əli ilə kökə paylayırdı. Ukraynada yeni
hakimiyyətdə kimlərin hansı vəzifədə əyləşdiriləcəyini də
internetdə yayılan səs yazısında məhz onun dilindən eşidilmişdi.
Nuland yaxşı bilir ki, Azərbaycan xalqı inqilab etmək arzusunda
deyil. Son illərdə Yaxın Şərqdə baş verən inqilablara baxın. Yüz
minlərlə insan bu inqilabların qurbanı olub. Şəhərlər dağıdılıb,
xarabalığa çevrilib. Ölkənin iqtisadiyyatı çöküb. Milyardlarla
dollar ziyan dəyib. Bu ölkələrə özlərinə gəlmək üçün on illərlə
zaman lazım olacaq. Kimə lazımdır bu inqilablar?! Bütün bunlardan
yalnız xalq əziyyət çəkir”.
Dövlət katibinin rəsmi şəxslərlə görüşdən sonra yalnız bir neçə QHT
sədri və NİDA hərəkatının üzvü ilə görüşdüyünü şərh edən Niyaməddin
Orduxanlı Nurlandın bu görüşünün ABŞ-ın Azərbaycanda fəaliyyət
göstərən radikal siyasi düşərgənin təmsilçilərinə heç bir önəm
verməməsi kimi qiymətləndirib.
BAXCP sədrinin müavini bəzi mətbuat orqanlarında ABŞ-ın Əli Kərimli vasitəsi ilə ölkədə sabitliyin pozulmasına cəhd edəcək yazılara da münasibət bildirib.
“Əvvəla onu deyim ki, Əli Kərimli ölkədə sabitliyin pozulması, vətəndaş qaşıdurmasının baş verməsi üçün istənilən addımı atmağa hazır olan birisidir. Buna mənim heç bir şübhəm yoxdur. Bu adam bütün fəaliyyətini ölkədə qarşıdurmanın baş verməsinə və bundan istifadə etməyə yönəldib. Məqsədi özünün hakimiyyətə gəlməsidir. ABŞ-ın bəzi dairələrinin maliyyə ayırdığı məsələsinə isə inanmıram. Beynəlxalq təşkilatlar hər zaman Əli Kərimlidən bir vasitə kimi istifadə edib. Bilirlər ki, bu adam vəziyyətə uyğun anındaca öz mövqeyini dəyişən adamdır. Belə bir adama heç kim ciddi dəstək verməz”, - deyə o bildirib.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu