Nida.az
AB fəaliyyətə başlayır: Bakı və Aşqabadla enerji memorandumu imzalanacaq
“Avropa Birliyi 2015-ci ildə Bakı və Aşqabadla qarşılıqlı memorandum imzalamaq niyyətindədir. Bu, Avropanın qazla təchizatında sabitliyin artması üzrə paketin bir hissəsidir”.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın
“Spigel Online” nəşri yazıb.
Nəşr qeyd edib ki, Avropaya qaz çatdırmalarında şaxələndirmə
problemini həll etmək üçün Avropa Komissiyası Azərbaycan və
Türkmənistanla razılaşmaları gücləndirməyə hazırdır.
“Avropa Birliyinin energetika məsələləri haqda qəbul olunan iki
sənədində bu istiqamətdəki problemlərin həlli üçün əməkdaşlığın
gücləndirilməsi qeyd olunur. Sənədə əsasən enerji təchizatında
sabitliyin artımı üzrə paket 2016-cı ilə qədər hazırlanıb başa
çatmalıdır. “Avropa Birliyi istehsalçı və tranzit ölkələrlə
strateji energetika əməkdaşlığını möhkəmləndirmək üçün bütün xarici
siyasi vasitələrdən istifadə edəcək”. Sənəddə belə deyilir. Bura
Əlcəzair və Türkiyə, Azərbaycan və Türkmənistan, Yaxın Şərq və bir
neçə Afrika ölkəsi daxildir. Layihə həmçinin, Norveç, ABŞ və Kanada
ilə əməkdaşlığın intensivləşdirilməsini nəzərdə tutur”, - deyə nəşr
yazıb.
Lakin “Spigel Online” bu məsələnin bir qədər şübhəli olduğunu hesab
edir. Belə ki, Türkmənistan dünyada böyük qaz ehtiyatlarına
malikdir. Bu ölkənin qazının Avropaya çıxarılması üçün Bakı
yolundan istifadə etmək mümkündür. Amma Aşqabad Rusiya səddini
aşaraq buna getmək istəmir.
Asif Nərimanlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"