Nida.az
İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib.
İqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə
albomunu dövlətimizin başçısına təqdim etdi. Rusiya idmançılarının
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi
hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə
300-ə yaxın idmançı ilə təmsil olunacağını dedi. O, Azərbaycanda
birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə
ümidvar olduğunu bildirdi və bu işdə ölkəmizə uğurlar arzuladı.
Dövlətimizin başçısı Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın əldə
etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Prezident
İlham Əliyev birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu
istiqamətdə böyük işlərin görüldüyünü vurğuladı və Oyunların yüksək
səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini
əsirgəmədiyini bildirdi. Dövlətimizin başçısı bu idman yarışının
təkcə ölkəmiz üçün deyil, ümumilikdə idman sahəsində beynəlxalq
əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd
etdi.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi
vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik
ifadə olundu.
AZƏRTAC
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan