Nida.az
“Ankaranın qaranlıq dəhlizləri..” - Gülənin vəkili danışdı
Fətullah Gülənin vəkili Nurullah Albayraq müvəkkilinin adından səs
yazılarına münasibət bildirib. Publika.Az fgulen.com saytına istinadən xəbər
verir ki, N. Albayraq “Bu gün haqq-hüquq tanımayan bəzi qaranlıq
qüvvələr qanunsuz şəkildə əldə edilmiş telefon danışıqlarının
müxtəlif yerlərini montaj edərək sosial şəbəkələrdə saxta
səhifələrdən yayınlamışdır” deyə bildirib.
Vəkili F. Gülənla bağlı belə informasiyaların yayılmasını beynəlxalq konvensiyalara, eləcə də Türkiyə qanunvericiliyinə uyğun olmadığını deyib.
“Müvəkkilim Fətullah Gülənlə bağlı son vaxtlar kirli oyun və təxribatların hazırlandığı, Beynəlxalq İnsan Haqları Bəyannaməsi, Avropa İnsan Haqları Konvensiyasında və Konstitusiyamızda əksini tapan “şəxsi məlumatların gizliliyi” prinsipinə məhəl qoyulmadan telefon danışıqlarının altı aydır, sistemli şəkildə qanunsuz dinlənilməsi haqda açıqlama vermişdik. Bu gün məlum olur ki, qeyri-qanuni dinləmələr fasiləsiz davam etdirilir. Bu günədək telefon danışıqlarını qeyri-qanuni şəkildə dinləyən, montajlayan və bu materialları yayan sosial şəbəkələrdəki səhifələrin sahibləri barəsində cinayətkar dəstə qurmaq, mütəşəkkil və qanunsuz şəkildə telefon danışıqlarını dinləmək və “şəxsi məlumatların gizliliyi” hüququnu pozmaq maddələri üzrə cinayət işinin açılması ilə bağlı Respublika Baş Prokurorluğuna müraciət edilib”-deyə vəkil qeyd edib.
N. Albayraq əlavə edib ki, Türkiyə Cinayət Məcəlləsinin 132 və 133-cü maddələrinə görə 5 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulan bu cinayət əməli bəzi qaranlıq mərkəzlər tərəfindən aşkar şəkildə törədilir. Onun sözlərinə görə, bəzi siyasətçilər də cinayət əməli sayılan bu montaj və səs yazılarından siyasi toplantılarda istifadə edərək kirli “Bitirmə planının” tərkib hissəsinə çevirməyə cəhd edirlər.
N. Albayraq vurğulayıb ki, “Ankaranın qaranlıq dəhlizləri”
müvəkkilimi nə qədər izləyirlər-izləsinlər, nə qədər
dinləyirlər-dinləsinlər, ortaya çıxacaq bir həqiqət var ki, o da
hüquqa hörmət və insanlığa xidmət sevdasıdır: “Qanunsuz dinləmələr
aparan və bu materialları ifşa edənlər haqqında hüquqi yollara baş
vuracağımızı ictimaiyyətə hörmətlə bildiririk”.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR