Nida.az
Nyu-Cersi ştatı Azərbaycanlıların soyqırımı qurbanlarının xatirə günü ilə bağlı qətnamə qəbul edib
ABŞ-ın Nyu-Cersi ştatının Baş Assambleyası 2015-ci il 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirə günü kimi müəyyən olunması ilə bağlı qətnamə qəbul edib.
Qətnaməni Nyu-Cersi ştatı parlamentinin üzvü Şila Oliver təqdim edib. Assambleyanın sədri Vinsent Priyetonun imzaladığı sənəddə Azərbaycanlıların Soyqırımının 97-ci ildönümü qeyd edilir. Qətnamədə deyilir ki, 1918-ci ilin 31 mart hadisələri dünya tarixində ən çox pislənən qanlı cinayətlərdən biridir.
Azərbaycanlıların Soyqırımı son illər ABŞ-ın bir neçə ştatında
qətnamə və proklamasiyalar ilə tanınıb. Amerika-Azərbaycan
Cəmiyyətinin və “Pax Turcica” İnstitutunun səyləri ilə Nyu-York
ştatının Senatı 1918-ci ildə Azərbaycanlıların Soyqırımını tanıyan
J3784 nömrəli qətnaməni 2012-ci ildə, Nyu-Cersi ştatının
Assambleyası isə analoji sənədi 2013-cü ildə qəbul edib. ABŞ
Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin
məlumatlandırılması kampaniyası nəticəsində Azərbaycanlıların
Soyqırımı Nevada ştatının qubernatorları Cim Qibsonun və Brayan
Sandavalın 2009-2011-ci illərdə üç rəsmi proklamasiyası və 2011-ci
ildə Texas ştatında konqresmen Con Zervasın qətnaməsi ilə də
tanınıb.
Xatırladaq ki, tarixdə “1918-ci ilin mart günləri” adı ilə məşhur
olan Azərbaycanlıların Soyqırımı Stepan Şaumyanın rəhbərlik etdiyi
Rusiya bolşeviklərinin köməyi ilə Erməni İnqilabçı Federasiyasının
(Daşnaksütyun) silahlı dəstələri tərəfindən Bakıda, Şamaxıda,
Qubada, Lənkəranda və yaxınlıqdakı yaşayış məntəqələrində
azərbaycanlı əhaliyə qarşı törədilib. Erməni millətçiləri
tərəfindən Qubada amansızlıqla yüzlərlə yəhudi də məhv edilib. Dinc
azərbaycanlı əhaliyə tutulan qanlı divan 1918-ci il martın 30-dan
aprelin 3-dək davam edib. Azərbaycanlıların Soyqırımı 1919-cu ilin
martında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qeyd
olunub. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı
Fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü
elan edilib.
AZƏRTAC
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO