Nida.az
İsa Qəmbər Vurğun Əyyubu Məclisdən qovdu
Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədr müavini Vurğun Əyyub Müsavat Məclisindən çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə qərar
Məclisin bu gün keçirilən toplantısında verilib.
Məclis sədri Nüşabə Sadıqlı bildirib ki, müsavatçılar Vurğun
Əyyubun çıxarılması ilə bağlı təklif irəli sürüb.
Məclis üzvü Lətafət Məlikova təklifin əleyhinə çıxış edib: “İclasda
üç dəfə iştirak etməyən şəxs avtomatik xaric olunur. Bu baxımdan
çıxarılma kimi qəbul etmək doğru deyil”.
Başqan müavini Elman Fəttah və Divan üzvü Nemət Kərimli Vurğun
Əyyubun adının Məclis üzvləri siyahısından çıxarılması təklifini
veriblər.
Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli də təklifin
əleyhinə çıxış edib.
İsa Qəmbər təkliflə bağlı münasibətini açıqlayıb.
“Nüşabə xanımı təbrik edirəm. Bu məsələ çox uzadılır. Bu məsələ
səsverməyə çıxarılmamalıdır. Vurğun bəyin özü deyir ki, Məclis üzvü
deyiləm. Azad insanın iradəsinə hörmətsizlik olunmamalıdır. Kifayət
qədər təklif ediləsi məsələlər var”, - deyə o bildirib.
Vurğun Əyyubun adı Məclis üzvü siyahısından çıxarılıb.
İclasda Məclisin boş qalan 27, MNTK-nın isə 4 yerinə seçkilər keçiriləcək. Məclisdə boş qalan yerlər uğrunda 28, MNTK-da isə 3 namizəd mübarizə aparır.
Asif
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı