Nida.az
MSK-ya yeni mətbuat katibi təyin olundu
Bu gündən Əsədli Şahin İdris oğlu Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri vəzifəsinin icrasına başlayıb.
"Azadinform" İnformasiya Agentliyi xəbər verir ki, Əsədli Şahin İdris oğlu 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetini Politologiya ixtisası üzrə 2002-ci ildə bakalavr, 2007-ci ildə magistratura pilləsini fərqlənmə ilə bitirib. 2003-cü ildən Mərkəzi Seçki Komissiyası Katibliyinin Beynəlxalq əlaqələr şöbəsində işləyib. Ailəlidir, 1 oğlu var.
Şahin Əsədli dəfələrlə beynəlxalq müşahidə missiyaların tərkibində müşahidəçilik edib. Seçki Sistemləri üzrə Beynəlxalq Fondun trener sertifikatını alıb. Peşəkar seçki tereneridir.
Xatırladaq ki, MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri vəzifəsini Azər Sarıyev icra edirdi. A.Sarıyev fevralın 18-dən AzərTAc-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə müxbiri təyin olunub.
-
Region17:10
Ermənistanda 2 nəfər öldü, 300 nəfər təxliyə edildi - Paşinyan fəlakət bölgəsinə getdi - YENİLƏNDİ
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?