Nida.az
“Ukrayna hadisələri Azərbaycanda təkrarlana bilməz” – YAP rəsmisi
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ukraynda baş verən son hadisələrə münasibət bildirib.
A.Hüseynov Publika.Az-a açıqlamasında deyib ki, Ukraynada baş verən son hadisələr birbaşa həmin ölkənin özünün daxili ictimai-siyasi vəziyyəti, xalqın iradəsi, sosial-iqtisadi inkişaf yolu, hakimiyyətin yeritdiyi siyasət və onun nəticələri ilə bağlıdır. Onun sözlərinə görə, Ukrayna hadisələri Azərbaycanda təkrarlana bilməz: “Azərbaycan xalqının bütöv əksəriyyəti ölkə prezidentini və onun yürütdüyü siyasəti dəstəkləyir. 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi buna misaldır. Prezident İlham Əliyev xalqın böyük rəğbətini və səsini qazanıb. Ümumiyyətlə, Ukrayna hadisələri ilə Azərbaycandakı daxili ictimai-siyasi vəziyyəti müqayisə etmək doğru olmaz. Azərbaycanda ictimai-siyasi sabitlik, əmin-amanlıq hökm sürür, hər kəs normal qaydada öz işi ilə məşğul olur”.
A.Hüseynov radikal müxalifətin Ukrayna hadisələrini Azərbaycan ilə müqayisə etmək istədiyini və bunun mənasız olduğunu vurğulayıb.YAP nümayəndəsi həmçinin qeyd edib ki, Kiyevdə baş verən “Maydan hadisələri”nin Azərbaycan-Ukrayna ticarət dövriyyəsinə təsiri istisna deyil: “Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 1 milyarda yaxındır. Ola bilsin ki, Ukraynada baş verən son hadisələr ölkələrimiz arasındakı iqtisadi əlaqələrə mənfi təsir etsin. Ancaq bu müvəqqəti olan prosesdir”.
Vasif Həsənli
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər