Nida.az
İlham Əliyev: "Forum vacib məsələlərin həlli üçün unikal imkandır - FOTO
III Qlobal Açıq Cəmiyyətlər Forumu vacib məsələlərin həlli üçün sabiq prezidentlər, baş nazirlər, siyasətçilər, dövlət xadimlərinə gözəl imkan təqdim edir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin
28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış
mərasimində çıxışı zamanı deyib.
İlham Əliyev bildirib: “Mən çox şadam ki, hazırda biz Bakıda
belə vacib, nəzərə çarpan beynəlxalq tədbir təşkil
etmişik”.
Prezidentin sözlərinə əsasən, Forum üzləşəcəyimiz məsələləri
müzakirə etmək, eləcə də bütün dünyada müşahidə edilən gərginliyi
azaltmaq üçün unikal imkan təqdim edir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan əsrlər boyu
sivilizasiyaların görüşdüyü yer olub: “Azərbaycan Avropa və Asiya
arasında təbii coğrafi körpüdür. Və əminəm ki, bu hazırda Avropa və
müsəlman dünyası arasında mədəni və siyasi körpüdür”.
İlham Əliyev deyib: “Cəmiyyətimizdə multikultiralizm
ənənələrinin çox dərin kökləri var. Azərbaycanda siyasi strukturun
formasından asılı olmayaraq müxtəlif millətlər, etnik qruplar,
bütün dinlərin nümayəndələri ölkəmizdə həmişə sülh şəraitində və
ləyaqətlə yaşayıblar. Bax buna görə də Azərbaycan müstəqil dövlət
olanda ölkə multikultiralizmin dünya mərkəzlərindən birinə
çevrildi”.
Prezidentin sözlərinə əsasən, Azərbaycan may ayında
Mədəniyyətlərarası Dialoq üzrə III Beynəlxalq Forum keçirəcək: “Hər
il Beynəlxalq Humanitar Forum təşkil edirik. Forumda ilk növbədə
dünyanın müxtəlif millətləri arasında dinc yaşamaq, etimadın
möhkəmləndirilməsi və gərginliyin azaldılması məsələləri müzakirə
olunur”.
Dövlət başçısı əlavə edib ki, dərin tarix və mədəniyyətə malik olan Azərbaycan 20 ildən artıqdır ki, müstəqil dövlət kimi mövcuddur.
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ