Nida.az
Prezident İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət edib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət
küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə mayın
27-də ziyarət edib.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil
olub. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına
məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti
dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz
müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.
1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş "İstiqlal
Bəyannaməsi"ndən - "Əqdnamə"dən də göründüyü kimi, bu möhtəşəm
tarix xalqımızın müstəqillik amalını daha da gücləndirib.
XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz
suverenliyini qoruyub saxlamağı bacarıb. Ümummilli lider Heydər
Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli
tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar
edib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil
Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub.
Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi - 28 Mayı Respublika Günü kimi qeyd edir. (Trend)
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım