Nida.az
İrlandiya mediası: “Bakının dinamik inkişafı Olimpiya Oyunlarını keçirmək imkanı verir”
İrlandiyanın “İrishtimes.com” saytında Bakıda keçirilən
ilk Avropa Oyunlarına həsr olunmuş geniş məqalə dərc
olunub.
Məqalədə 12 gündür davam edən Avropa Oyunlarının Olimpiya
Oyunlarına bənzədiyi qeyd olunur: “Avropa Oyunlarında insan özünü
olimpiadada olduğu kimi hiss edir. Bakıda böyük işlər görülüb və
bunu Rio-2016, həmçinin 2024-cü il Olimpiya Oyunlarına yaxşı
hazırlıq kimi qiymətləndirmək olar”.
Bakıda gördükləri haqda yazan məqalənin müəllifi İan Oriordan
bildirib ki, Bakı ilə Dublin arasında dörd saat vaxt fərqi var:
“Sənədlərin qəbulu və xeyir-duadan sonra avtobus marşrutu Media
Kəndinə doğru irəliləyir. Yorğunluğu Xırdalan pivəsi ilə çıxarmaq
əla təsir edir. Yollarda oyunlar üçün ayrılan zolaq Olimpiada
hissini bəxş edir. Avtobuslar da cədvəl üzrə hərəkət edir,
sürücülər qrafikdən çıxmadan peşəkarlıqla idarə edirlər. Bakı çoxlu
insanların yaşadığı böyük şəhərdir. Ən maraqlısı isə şəhər
əhalisində Olimpiada əhval-ruhiyyəsinin olmasıdır. İnsanların
yarıdan çoxu Avropa Oyunlarının könüllüsü kimi işləyir. Avropa
Oyunlarının afişaları şəhərin küçələrini bəzəyir. Çoxlarının
dediyinə görə, Bakı heç vaxt indiki kimi firavan yaşamayıb.
Hər-halda, vaxtilə burada insanlar 12 saatlıq çörək növbələrində
dayanırmışlar”.
Məqalədə qeyd olunur ki, Avropa Oyunları Rio-2016 üçün yaxşı
təcrübədir.
“Görünən odur ki, Bakı öz dinamik inkişafını uzun müddət davam
etdirəcək. Bu, ona Olimpiya Oyunlarının keçirilməsi üçün də imkan
verir”, - deyə məqalədə vurğulanıb.
Asif Nərimanlı
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi