Nida Təhlil
Putinin Qarabağı qaytarmaq planının İNANILMAZ SİRRİ
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
təklif etdiyi "Kazan düsturu" planının sirri ortaya çıxıb.
Publika.az xəbər verir ki, Ermənistanın "lragir" saytı
Moskvanın münaqişəni həll edərək bölgə ölkələrinin dəmir yolları
şəbəkəsini birləşdirməyi planlaşdırdığını yazıb.
"Ermənistanda dəmiryolları şəbəkəsinə nəzarət Rusiyaya verilib.
Rusiya Ermənistan, Türkiyə və Azərbaycanda da daxil olmaqla
bölgənin dəmiryolları şəbəkəsini birləşdirməyi düşünür. Ehtimal ki,
Moskva "Kazan düsturu" ilə Qarabağ münaqişəsini həll edərək, bunu
reallaşdırmaq istəyib. Yəni, münaqişə həll olunmalı, Türkiyə və
Azərbaycanla Ermənistanın münasibətləri düzəlməli, bundan sonra
lazımı addımlar atılmalıdır. Rusiya xarici işlər naziri Sergey
Lavrov da oktyabrın 14-də İrəvanda bildirdi ki, Türkiyə ilə
sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir",
- deyə sayt yazıb.
Qeyd edək ki, "Kazan düsturu" 2010-cu ildə həmin vaxt Rusiyanın
prezidenti olan Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilən
prezidentlərin Kazan görüşündən sonra gündəmə gəlib. Bu plana görə,
Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılır, qaçqınlar qayıdır,
daha sonra Dağlıq Qarabağın müvəqqəti statusu müəyyən olunur.
Bölgəyə sülhməramlılar yerləşdirilir. Ən sonda Qarabağın yekun
statusu məsələsi həll olunur.
Asif
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər