• USD 1,7000 0,00% EUR 2,0195 +0,53%
    • GBP 2,2330 +0,30% RUB 0,0233 +0,43%

Tramp və Putinin müharibə hazırlığı: Azərbaycan və Türkiyə torpaqlarında döyüş

Tramp və Putinin müharibə hazırlığı: Azərbaycan və Türkiyə torpaqlarında döyüş

NATO və Rusiyanın Qara dənizdə qarşıdurması davam edir.

Publika.az
xəbər verir ki, hər iki tərəfin dənizdə hərbi təlimlər keçirməsi narahatlıqla müşahidə edilir.

Gürcü politoloq Soso Tsintsadze hər iki tərəfin bir-birinə qarşı güc nümayiş etdirdiyini bildirib: “Putin üç böyük hərbi briqada yaratdı və onun böyük hissəsini qərb sərhədlərinə yerləşdirdi. Öz növbəsində, NATO Baltikyanı və Qara dənizdə qüvvələrini artırdı. Tramp isə hərbi xərcləri 54 milyard dollar artırır. Bütün bunlar odla oynamaqdır və dünya təhlükəli yola qədəm qoyur. Rusiya çətin ki Qərbin onun sərhədlərində və Qara dənizdə olması ilə razılaşa. Həmçinin, bir əsr boyunca Qara dənizə nəzarət etmiş Türkiyənin də əks həmlələri ola bilər”.

Qeyd edək ki, rusiyalı ekspertlər NATO-nun Rusiyaya müdaxiləsini mümkün hesab edirlər.



Hərbi ekpert Konstantin Sivkov Rusiyanın döyüş hazırlığını sürətləndirdiyini bildirib.

Onun sözlərinə görə, buna səbəb NATO-nun lokal müharibəyə başlaya bilməsi ehtimalıdır.

“NATO Qara dənizdə aktivləşir, hərbi donanmanı gücləndirir, Rumıniyada və Bolqarıstanda raket sistemlərini inkişaf etdirir. Bütün bunlar Rusiya rəhbərliyinin narahatlığına səbəb olur. İstisna deyil ki, NATO Rusiyaya qarşı lokal müharibə başlaya bilər. Təbii ki, ABŞ və NATO Rusiyaya qarşı birbaşa hərbi müdaxilə etməyəcək, çünki Rusiyanın nüvə silahına malik olması buna imkan vermir. Lakin nüvə silahının tətbiqinin sərhədinə qədər lokal toqquşmalar ola bilər”, - deyə o bildirib.

K.Sivkov hesab edir ki, Qara dəniz regionu bu gün ən böyük münaqişə zonasıdır: “Ukraynada münaqişə davam edir. Bura cənub-qərb istiqamətində Rusiyanın bütün obyektlərinə zərbə üçün ən qısa yoldur. Abxaziya və Cənubi Osetiya münaqişələrinin olduğu Gürcüstan bölgəyə yaxındır. Eyni istiqamətdə Dağlıq Qarabağ münaqişəsi davam edir, həmçinin, Suriyada müharibə gedir. Yəni bölgə xüsusi gərginlik olan zonadır”.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR