Nida Təhlil
Ermənistan üçün “YENİ LAVROV PLANI”: İrəvan buna məcbur edilir
Rusiya xarici işlər naziri Sergey Lavrov Abxaziyada
bəyan etdi ki, bu tanınmamış respublika Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyünə qəbul edilə bilər. Lakin
tamhüquqlu üzv statusu almaq üçün təşkilata üzv olan digər
ölkələrin – Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və
Ermənistanın da razılığı lazımdır. Abxaziyanın KTMT-yə qəbuluna
imza atmaq dərhal Gürcüstanla münasibətlərin pozulması
deməkdir.
Publika.az xəbər verir ki, Ermənistanın “lragir” saytı
Rusiyanın bu addımını İrəvana qarşı yeni “Lavrov planı” (Rusiyanın
ilkin mərhələdə işğal altındakı 5 rayonun qaytarılmasını nəzərdə
tutan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklifləri də “Lavrov
planı” olaraq tanınırdı) olaraq şərh edib.
“Rusiya istəyəndən sonra Ermənistan məcburi şəkildə Abxaziyanın
qəbuluna səs verəcək. Bu isə avtomatik olaraq Gürcüstanla
münasibətlərin pozulması deməkdir. Hesab etmək olardı ki,
Ermənistan Abxaziyaya dəstəyi “barter” eləmək istəyir. Yəni Rusiya
da bunun qarşılığında Qarabağın KTMT iə əməkdaşlığını dəstəkləyə
bilər. Əgər KTMT-də hərbi-siyasi ittifaq həqiqi olsaydı, bu haqda
düşünmək olardı. Lakin KTMT post-sovet məkanında “rəngli
inqilab”ların yatırılması üçün Rusiyanın istifadə etdiyi
dəyənəkdir. Bu baxımdan, Rusiyanın hər-hansı “barter”ə razılaşacağı
haqda düşünmək belə absurddur”, - deyə sayt qeyd edib.
Məqalədə qeyd olunur ki, Lavrovun bəyanatı Ermənistanın istənilən
vaxt öz iradəsindən kənar addım atmağa məcbur olacağından xəbər
verir.
Asif
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər